Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak oldu
İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.
"Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb.
Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.
O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.
İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.
Qeyd edək ki, Ərbəin günü (qırxıncı gün) dedikdə şiəlikdə hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü nəzərdə tutulur. Bu gündə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. Bildirilir ki, İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1999 Tarix: 20 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrTramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik
17 oktyabrZelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabr