Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr etdi
"Shusha Chess 2022" turnirində qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qələbəsini şəhidlərə həsr edib.
37 yaşlı qrossmeyster bu barədə yarışın bağlanış mərasimindəki çıxışında bildirib.
Məmmədyarov birinci yeri tutduğuna görə sevindiyini söyləyib: "Şuşada yarışda iştirak etmək xüsusi hisslərdir. Bu şəhərdə ilk şahmat yarışının qalibi olmaq qürurvericidir. Burada birinci olmağı arzuladığımı gizlətmirəm. Amma rapid yarışından sonra blitsdə mübarizə kifayət qədər çətin oldu. Şuşada ilk şahmat yarışının qalibi olduğumu heç vaxt unutmayacağam. Təxminən 22 ildən çox Azərbaycan millisinin şərəfini qoruyuram. Yığmada oynadığıma görə fəxr edirəm. Son aylar çox sayda yarışlarda iştirak edirəm. Lakin turnirlərdə tez-tez birinci olmaq alınmır. Düşünürəm ki, yaşlanırıq. Hər il yaşımızın üstünə yaş gəlir".
İti zəka sahibi Şuşadakı turnirin dünyanın aparıcı yarışlarından geri qalmadığını diqqətə çatdırıb: "Qalib olduğuma görə xoşbəxtəm. Şuşada quruculuq işləri aparılır. Bir müddət sonra şəhər daha da möhtəşəm olacaq. Amma ilk şahmat turnirində də təşkilatçılıq ən yüksək səviyyədə idi. Qonaq şahmatçıların hər biri mənim fikrimi təsdiqləyir. Təşkilatçılığa və ümumiyyətlə Azərbaycan şahmatçılarına daim dəstək olduğuna görə Mahir Məmmədova təşəkkürümü bildirmək istərdim. Şuşanın qəlbimizdə yeri xüsusidir. Bu şəhər uğrunda gedən döyüşlərdə bizim ailənin də itkiləri oldu. Fərid və Qubad şəhidlik zirvəsinə yüksəldi. Biri yaxın dostum, digəri isə həyat yoldaşımın dayısı oğlu idi. Onların hər ikisi 2020-ci ilin noyabrın 7-də məhz burada, Şuşada şəhid olublar. Mən bu qələbəmi onlara həsr etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin"./Report
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1237 Tarix: 25 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Benzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
7 sentyabr"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb. Bu barədə -a Bakı klubunun mətbuat xidmətindən bildirlib. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 2
2 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqust"Atletiko"nun sabiq futbolçusu Ruben Peres karyerasını başa vurub
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub. xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəl
4 sentyabr"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqustBakıda yeni tribuna quraşdırıldı
"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqil
1 sentyabr