Udmurtiyada 3 günlük matəm elan olundu
Udmurtiya hakimiyyəti sentyabrın 26-dan 29-a kimi İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində həlak olanlara görə matəm elan edib.
"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rəhbəri Aleksandr Breçalov öz teleqram kanalında məlumat verib.
"Bu gündən sentyabrın 29-dək Udmurtiya Respublikasında 88 nömrəli məktəbdə dünyasını dəyişənlərə görə matəm elan edilib", - Breçalov yazıb.
Qeyd edək ki, sözügedən faciə sentyabrın 26-sı səhər saatlarında baş verib. Məlumata görə, üzərində nasist simvolları olan qara kostyumda və maskada olan naməlum şəxs dərs zamanı məktəbə girərək atəş açıb. Bundan sonra o, məktəbin ikinci mərtəbəsində barrikada quraraq polis əməkdaşlarına cavab atəşi açıb, daha sonra intihar edib.
İstintaq Komitəsinin məlumatına görə, məktəbdə atışma nəticəsində müəssisənin iki mühafizəçisi və iki müəllim, həmçinin beş uşaq olmaqla 13 nəfər həlak olub. Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1566 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrƏraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrTürkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18 oktyabr