Nə üçün qonaq ev sahibi ilə eyni yatağa girirdi, yastıq əvəzi...
Bu gün çarpayıda yatmaq heç kim üçün lüks sayılmır, əksinə kimsə yerə döşək atıb onun üstündə yatırsa, bunu ekzotika hesab edir. Amma bir zamanlar, başqa sözlə orta əsrlərdə çarpayı, ümumiyyətlə yataq otağı məsələsi insanlar üçün xəyaldan da yuxarıda dayanırdı.
Lent.az sizi maraqlı və təəəccübləndirən keçmişə səyahətə dəvət edir.
Böyük yazıçı Vilyam Şekspir ölümündən sonra bilirsinizmi nə ilə nsanları heyrətləndirmişdi? Ağlınıza əsərləri gəlməsin. O ayrıldığı həyat yoldaşına iki çarpayı vəsiyyət etmişdi və bu o dövr üçün heyrətamiz dərəcədə böyük sərvət hesab olunurdu. Məsələ tək çarpayı ilə bitmirdi, onun üstündə döşək quş tükündən yastıqlar, örtük olmalıydı.Bu isə heç də ucuz sayılmırdı. Bu isə ancaq zadəgan evlərinə mümkün idi.
Krallar harasa səfərə çıxanda arabalardan biri mütləq onların çarpayısını və yataqlarını daşıyırdı. Sadə insanlar yerə içinə saman doldurulmuş döşək atır, başlarının altına yonulmuş odun qoyurdular. Üstlərinə isə öz çuxalarını, paltolarını sərirdilər. Orta əsrlərdə bir keşişin əlyazmasında "gör kişilər nə günə qaldılar, necə zərifləşdilər ki, başlarının altına kötük yox,yastıq arzu edəsi oldular" yazırdı.
Kasıb ailələrdə hamı sobanın ətrafında yatırdı, rus evlərində soba üzəri palçıqla örtülmüş kürə kimi tikilirdi və onun üstündə də yatmaq olurdu.
Zadəgan evlərində, saraylarda gündüzlər bal salonu kimi istifadə olunan zallarda kamin yandırılır, hamı yerə yataq atıb yatırdı. Yalnız kral və xanımı çarpayıda yer alırdı. Ən əziz qonaq da onlarla eyni yataqda yata bilərdi. Bu qayda varlı evlərində də beləydi. ər arvadın yatağında qonaq da onlarla birgə yatırdı. Digər otaqları qızdırmaq və ayrıca yataq otağı barədə düşünmək yox idi.
Zadəgan evlərində işləyən qulluqçular isə atların və ya heyvanların axurunda yatırdılar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu