İtaliya səfirliyi vətəndaşlarına Rusiyadan çıxmağı tövsiyə etdi
İtaliyanın Rusiyadakı səfirliyi vətəndaşlarına bu ölkədən çıxmağı tövsiyə edib.
Səfirliyin məlumatına görə, beynəlxalq kontekstdə baş verən son hadisələr, Rusiyadan kənarda hava və avtomobil əlaqələrinin getdikcə çətinləşməsi nəzərə alınaraq, İtaliya vətəndaşlarına Rusiyada qalmağın zəruri olub-olmadığını nəzərdən keçirmək və zərurət olmadığı təqdirdə bu ölkəni tərk etmək tövsiyə edilir.
"Rusiyada İtaliyaya və digər üçüncü ölkələrə hava nəqliyyatı ilə getmək getdikcə çətinləşir. Bu günlərdə aviaşirkətlər tərəfindən satılan biletlərin qiymətində kəskin artım müşahidə olunur.
Rusiyanı bəzi qonşu ölkələrlə birləşdirən sərhəd-keçid məntəqələrində uzun növbələrin yarandığı bildirilir.
Fevralın 27-də etibarən Avropa İttifaqının qərarı ilə Rusiyadan uçuşlar üçün hava məkanının bağlanmasının davam etməsini nəzərə alaraq, Rusiyada olan bütün həmvətənlərimizə xaricə səyahətlərini mümkün qədər əvvəlcədən planlaşdırmaları qətiyyətlə tövsiyə olunur.
Rusiyanı tərk etməli olanlar isə mümkün qədər tez müddətə aviabilet əldə etməyə dəvət edilir", - deyə səfirliyin məlumatında bildirilir./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1141 Tarix: 02 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrAğ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
17 oktyabrSəudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub
Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın
17 oktyabr