Saakaşvili ilə Nobel mükafatı laureatı həkimin görüşünə icazə verilmir
Nobel Sülh Mükafatı laureatı olan tanınmış amerikalı həkim Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün Tbilisidəki "Vivamed" klinikasına daxil olmaq istəyir.
"Doktor Ceyms Kobe buradadır və Mixail Saakaşvili ilə görüşü gözləyir... Gürcüstan tarixində ilk dəfə olaraq Nobel Sülh Mükafatlı həkim xəstəni ziyarət etmək və prezident Saakaşvilinin vəziyyətini qiymətləndirmək üçün gəlib, lakin o, hələ də içəri buraxılmayıb", - deyə siyasətçinin amerikalı vəkili Massimo Danqelo jurnalistlərə bildirib.
Məlumata görə, doktor Ceyms Kobi ortoped-cərrahdır. 1997-ci ildə Minaların Qadağan edilməsi üzrə Beynəlxalq Hərəkatın könüllü həmtəsisçisi kimi Nobel Sülh Mükafatını alıb.
Siyasətçinin digər vəkili Şalva Xaçapuridzenin aydınlaşdırdığı kimi, Gürcüstan Səhiyyə Nazirliyinin Tibbi Tənzimləmə Agentliyi sənədləşmə ilə bağlı problemləri əsas gətirərək hələlik həkimin keçmiş dövlət başçısını ziyarət etməsinə icazə verməyib.
"Problem ondadır ki, cənab Kobi guya son illərdəki işləri təsdiq edən sənəd təqdim etməyib", - Xaçapuridze bildirib.
Amerikalı mütəxəssisin tez bir zamanda qəbul edilməsi üçün vəkillər ABŞ və Ukraynanın Gürcüstandakı səfirliklərinə müraciət ediblər. Bundan əlavə, problemlə bağlı Gürcüstanın Xalq Müdafiəçisinin Ofisi məlumatlandırılıb.
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, Ceyms Kobenin tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq məqsədilə təqdim etdiyi sənədlər natamam olub, ona görə də ərizə təmin edilməyib.
Xatırladaq ki, prezidentlik müddətini başa vurduqdan sonra Ukraynada yaşayıb-işləyən Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb və bundan sonra saxlanılaraq həbs edilib.
Siyasətçinin səhhəti iki aclıq aksiyasından sonra xeyli pisləşib. Dörd aydan çoxdur ki, Saakaşvili Tbilisidəki "Vivamed" klinikasında saxlanılır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanda yeni qanun qəbul ediləcək
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?