"Kapital Bank" cəbhəyanı kənd sakinlərini pulunu vermir - QALMAQAL
Tovuz rayonu Koxanəbi kəndinin sakini Nəsib Kamil oğlu Hüseynov tərəfindən Qaynarinfo.Az-a şikayət məktubu daxil olub.
Sərhədyanı kənd sakinləri Kapital Bankın Tovuz filialından şikayət edirlər. Səbəb isə, onlara veriləcək bank kartlarının məlum olmayan səbəblərdən gecikdirilməsidir. Kəndinin sakini Nəsib Hüseynov qaynarinfo.az-a bildirdi ki, kənd cəbhə xəttinin yaxınlığındadır və hər dəfə 20 km məsafədə olan Tovuz rayonuna gedib gəlmək olmur. Üstəlik, əkin sahələri onlara ayrılan subsidiyaların vaxtında verilməməsi səbəbindən bata bilər. Bankın filial müdiri isə insanları get-gələ salıb:
"Atəş altında yaşadığımızdan tez-tez rayon mərkəzinə gedə bilmirik. 15 gündür ki, dövlətin ayırdığı vəsait bank hesabımıza köçürülsə də, istifadəçi kartlarını "Kapital Bank"-dan ala bilmirik. Kəndin 45 ailəsi get-gələ salınıb. Pay torpaqlarımızı əkib-becərmək vaxtı da bitir. Bankın rayon filialı hər dəfə bir bəhanə uydurur. Bankın əsas ofisi ilə isə əlaqə saxlaya bilmirik. Etdiyimiz zənglər də cavabsız qalır. Havalar soyuyur, torpağı əkib-becərmək də çətinləşir. 45 təsərrüfatı "Kapital Bank" iflic vəziyyətinə salıb".
Məsələ ilə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinovla əlaqə saxladıq.
Bank nümayəndəsi bildirdi ki, artıq məsələ bankın diqqətindədir və tezliklə kartlar kənd sakinlərinə paylanılacaq:
"Məslədən xəbərdarıq. Bank kartlarını kənd sakinləri tezliklə əldə edəcəklər. Şikayətçi şəxslərə bu barədə məlumat verilib".
Kənd sakini Nəsib Hüseynov isə bildirdi ki, bank kartı onlara 10 gün ərzində verəcək: "Bu isə artıq gecdir və əkin sahələri tam yararsız hala düşəcək. 15 dəqiqəlik işi 10 günə uzatmağın adı nədir?".
Maraqlı sualdır, düşmənin atəşi altında olan bu kənd sakinlərinin probleminə biganə baxılmağın adı nədir? Bu insanlar əllərinin zəhməti ilə çalışıb öz çörəklərini qazanırlar. Üstəlik, ölkə başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi" haqqında müvafiq sərəncama əsasən onlara ayrılan subsidiyaların bank tərəfindən gecikdirilməsi cinayət deyilmi? İstifadəçi kartını ala bilməyən bu kənd sakinləri niyə 20 km get-gələ salınmalıdır?
Bu suallara cavab tapmaq istəsək də, bank nümayəndəsi bildirdi ki, bu müştəri ilə bank arasındakı problemdir. Bir sözlə, vəziyyət həm gülməli, həm də ağlamalıdır...
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 879 Tarix: 25 oktyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrOfisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabr