İran-Azərbaycan münasibətlərində yeni gərginlik yaranır? - RƏY

İran-Azərbaycan münasibətlərində yeni gərginlik yaranır? - RƏYİran ordusu Azərbaycanla sərhəddə təlim keçirir. Həmçinin İranın Ermənistanın Qafan şəhərində konsulluq açması, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın Qafana səfərində Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi hesab etməsi İran - Azərbaycan münasibətlərində gərginlik olduğunu göstərir.

Politoloq Elşən Manafov Sonxeber.az-a bildirib ki, Tehranı Ermənistanın təhlükəsizliyindən daha çox Türkiyə -Azərbaycan ittifaqı, bu ittifaqa perspektivdə Mərkəzi Asiyanın türkdilli respublikalarının qatılacağı təqdirdə bölgədə genişlənəcək türk faktoru narahat edir:

"İran bölgə dövlətləri tərəfindən dəstəklənən 3+3 formatında əməkdaşlığı müdafiə etsə də, onun Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlərə həddən ziyadə ehtiyatla yanaşması suallar doğurmaya bilmir. Əvvəla, regionda uzun müddət təhlükəsizlik və ictimai sabitliyə təhlükə törədən tərəf məhz Qarabağdakı seperatizmi dəstəkləyən, Azərbaycana isə dövlət terrorizmi səviyyəsində basqı sərgiləyən məhz Ermənistan olmuşdur. Ermənistan tərəfindən Azərbaycana məxsus ərazilərin işğalına loyal münasibət sərgiləyən İranın Ermənistanın təhlükəsizliyinin qarant rolunda çıxış etməsi İrana liderlik etmək istədiyi İslam aləmində baş ucalığı gətirmir. Özünün əsas qanununa görə harda baş verməsindən asılı olmayaraq İran dünyanın istənilən yerində müsəlmanların haqqını müdafiə etməyə hazır olduğunu bəyan edib, lakin onun qonşuluğunda milyonlarla şiə müsəlmanların, azərbaycanlıların Ermənistanın təcavüzünə məruz qalması, müqəddəs məbədgahlarının və məscidlərinin dağıdılması, təhqir edilməsi faktlarını rəsmi Tehran görməzdən gəlir. Tehranı Ermənistanın təhlükəsizliyindən daha çox Türkiyə -Azərbaycan ittifaqı, bu ittifaqa perspektivdə Mərkəzi Asiyanın türkdilli respublikalarının qatılacağı təqdirdə bölgədə genişlənəcək türk faktoru narahat edir. Böyük İpək yoluna nəzarətin isə Türk İttifaqının nəzarətinə keçməsi, tarixən məhz bu yola nəzarət uğrunda mübarizə aparan İran və Turan arasında mübarizənin sonuncunun xeyrinə həll olunma ehtimalını doğurduğundan İran bu layihənin həyata keçməsinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır, gah Azərbaycanla həmsərhəd bölgələrdə hərbi təlimlər keçirib "əzələ nümayiş" etdirir, gah da Ermənistan və Yunanıstanın özünün də iştirak etdiyi danışıqlar vasitəsilə Türkiyə və Azərbaycana mesajlar verir, halbuki İranı bir qayda olaraq düşündürən bölgəyə Qərb kapitalını və onun maraqlarını qoruyacaq Şimal Alyansının nüfuz etmə kompaniyasının qarşısının alınması olub. Tehranda isə Paşinyanın məhz Qərbin maliyyə mərkəzləri tərəfindən muzdla tutulmuş siyasətçi olduğunu bilirlər və Paşinyanın ABŞ və AB ilə apardığı danışıqlarda da məqsəd məhz Qərbin bölgədə nüfuz dairəsini genişləndirmək siyasətinə xidmət etməsidir. Tehranın Moskvaya öz PUAlarını satmasından sonra isə Qərbdə onun Moskva ilə birgə Ukraynaya qarşı müharibədə, əslində Qərbə qarşı müharibədə yer alması qənaətinə gəliblər. Elə buna görə də ABŞ-ın dalınca, Böyuk Britaniya da İrana qarşı sanksiyalara qoşulub. İranın ŞƏT üzrə əsas müttəfiqləri olan Rusiya və Çinin də Zəngəzur dəhlizi ilə bağlı layihələri dəstəkləmələri fonunda da rəsmi Tehranın bu məsələyə qeyri-adekvat mövqeyi onunla çoxqütblü dünyanın formalaşması yolunda əməkdaşlıq edən müttəfiqlərində də suallar doğurmaya bilməz. Tehran bu suallara nə qədər tez, özü də səmimiyyətlə cavab versə, bu onun xeyrinə olacaq. Əks halda onun regional siyasət üzrə mövqeyi hələlik müttəfiqlik mövqelərində olan tərəfdaşları tərəfindən dəstəklənməyəcək və İranın bu halda təklənmə ehtimalı böyukdur. Bu təklənmə isə gecə-gündüz Tehrandakı rejimi yıxmaq üçün baş sındıran Qərbdəki bəlli qlobal maliyyə mərkəzlərinin əlinə göydən düşmüş fürsət kimi olacaq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 7132   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr