Qurban Qurbanov: "Komandada yorğunluq var idi"
"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunluq var idi".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şamaxıda eyniadlı komandaya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəəxəssis süni örtüyə görə topla rahat davrana bilmədiklərini söyləyib: "İkinci hissədə daha sərbəst oynadıq. Çox vacib qələbə qazandıq. "Şamaxı"ya uğurlar arzu edirəm".
O bildirib ki, Kevin Medinanı son 15 dəqiqədə meydana buraxmaq əvvəldən planında olub: "Hətta onu meydanda daha çox görmək istəyirdim. Lakin Filip Ozobiçin meydandan tez çıxması müəyyən qədər planlarımızı pozdu".
Baş məşqçi matçın sonlarına yaxın 4 hücumçu ilə oynamalarının səbəbini də açıqlayıb: "Bəzi oyunçuların 20-25 dəqiqə meydanda olmasını istəyirdik. Bunu həm məşq xarakterli etdik, həm də onların yerdəyişmələri hiss etmələri üçün. Sabah nə olacağlnı bilmirik. Ona görə də bəzi rotasiyalara əl atdıq".
Qurbanov oyun ərzində müəyyən çətinliklər yaşadıqlarını etiraf edib: "Qazon süni idi, top yerdən çox qalxırdı. Komandada yorğunluq da var. Ardıcıl oyunlar təsirini göstərir. Hava da sanki həddindən artıq təmiz idi. Ola bilər ki, bu da futbolçulara təsir etsin. "Şamaxı"nın oyunlarına baxmışam. Əksər oyunlarda komanda uduzmalı deyildi. Burada bütün rəqiblər çətinliklə üzləşirlər".
Təcrübəli mütəxəssis deyib ki, erkən çempionluq çox yaxşı olardı: "Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda hələ çox matçlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər".
O, gənc furbolçu Nəriman Axundzadənin debütünü də şərh edib: "Çıxışından razı qaldım. İlk hissədə oyuna tam qoşula bilməsə də, ikinci yarıda meydanda daha rahat hərəkət edirdi".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1340 Tarix: 30 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabr