Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.
E qrupunda "Milan" İtaliyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. "Qırmızı-qaralar"a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda "Zaltsburq"un "Milan"a uduzmasını gözləməlidir.
F qrupunda əsas diqqət Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) və Almaniyanın "Leypziq" komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhələyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda "Şaxtyor" yoluna Avropa Liqasında davam edəcək.
G qrupunda Almaniyanın "Borussiya" (Dortmund) klubu Danimarkada "Kopenhagen"lə, "Mançester Siti" isə İngiltərədə İspaniya "Sevilya"sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada "Yuventus", Portuqaliya "Benfika"sı isə İsraildə Hayfa "Makkabi"si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
2 noyabr
E qrupu
00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00. "Milan" (İtaliya) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4
F qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya)
21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leypziq" (Almaniya)
Xal durumu: "Real Madrid" - 10, "Leypziq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2
G qrupu
00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)
00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya)
Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2
H qrupu
00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa)
00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya)
Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...