Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Son oyun günündə 2 görüş baş tutacaq.
Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Turam Tovuz" arasında olacaq. Hazırda meydan sahibləri 8 xalla 9-cu, qonaqlar isə 15 xalla 6-cı pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında bir dəfə qarşılaşıb. Tovuzda baş tutan oyunda yerli kollektiv 2:0 hesablı qələbə qazanıb.
Tura "Sabah" və "Qarabağ" arasında keçiriləcək mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Ağdam təmsilçisi 13 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Rəqibindən 5 xal geri qalan paytaxt klubu isə 2-cidir.
Komandalar bunadək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. 12 oyun "köhlən atlar"ın qələbəsi, 4 görüş isə heç-heçə ilə ba.a çatıb. "Sabah" indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbərində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv aşkar üstündür - 33:8. "Qarabağ" son 9 qarşılaşmada meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XIV tur
13 noyabr (bazar)
14:30. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
Gəncə şəhər stadionu.
17:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
"Bank Respublika Arena".
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1070 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabr