Fiziyev erməni rəqiblə qarşılaşa bilər?
Dünyanın ən reytinqli qarışıq döyüş növləri üzrə təşkilatı olan UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibinin adına hələ də aydınlıq gəlməyib.
BAKU.WS-in məlumatına görə, hazırda təmsil olunduğu yüngül çəkidə reytinqə görə, 6-cı olan Rafael Fiziyev çəkinin 3-cü nömrəsi Dastin Qeytjini döyüşə çağırsa da bu nəticəsiz qalıb. Son olaraq yüngül çəki dərəcəsində Rusiyanı təmsil edən erməni əsilli Arman Tsarukyanla Rusiyanın digər üzvü Damir İsmaqulovla üz-üzə gəlib. UFC-də ardıcıl 5 döyüşündə qələbə qazanan Damir İsmaqulov rəqibinə uduzaraq kəmər mübarizəsindən kənarda qalıb. Arman Tsarukyan isə UFC-də ardıcıl 7-ci qələbəsini qazanıb. Rafael Fiziyev isə UFC-də keçirdiyi son 6 görüşünü qələbə ilə başa vurub.
Hazırda UFC-nin yüngül çəkisində reytinq üzrə ilk yerin sahibi sabiq çempion braziliyalı Çarlz Oliveyradır. Çarlız Oliveyraya qalib gələrək çempionluq kəmərini onun əlindən alan rusiyalı İslam Maxaçev növbəti döyüşünə hazırlaşır. Həmin çəkidə çempionluğa iddialı digər döyüşçü son qarşılaşmada Maykl Çendleri məğlub edən amerikalı Dastin Poryedir.
İran əsilli, hazırda ABŞ-ı təmsil edən Beneil Dariuş da İslam Maxaçevin çempion olduğu çəki dərəcəsində əsas favoritlərdəndir.
Rafael Fiziyev Arman Tsarukyan da daxil olmaq şərti ilə bu idmançıların hər biri ilə döyüşə bilər. UFC təşkilatçılarının yaxın günlərdə yüngül çəkidə üz-üzə gələcəkləri cütlüklərin adlarını açıqlayacaqları gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1158 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabrMessi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabr"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabrBakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
24 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr