Dünyada taxıl ucuzlaşır, Azərbaycanda çörəyin niyə ucuzlaşmır?

Dünyada taxıl ucuzlaşır, Azərbaycanda çörəyin niyə ucuzlaşmır?Dünya bazarında taxılın qiymətinin getdikcə ucuzlaşması (hazırda 1300 dollar civarındadır) nəticəsində çörək və un məmulatlarının maya dəyəri xeyli aşağı düşüb. Əksər ölkələrdə un və un məmulatlarının qiyməti ucuzlaşıb. Lakin bizim çörək və digər un məmulatlarının istehsalçıları "bir dəfə yüksələn qiymət bir daha enməz" prinsipini rəhbər tutaraq qiyməti ucuzlaşdırmaq fikrində deyilllər, əksinə bahalaşdırırlar.

Bu barədə sosioloq Elçin Bayramlı öz sosial şəbəkə səhifəsində yazıb.

O qeyd edib ki, faktiki olaraq taxılın kq-ı 50 qəpiyədir. Bu o deməkdir ki, çörəyin kq-ı bütün digər xərcləri də nəzərə almaqla maksimum 70 qəpik olmalıdır. Hazırda isə 4-cü, 5-ci sort taxıldan, yəni heyvandarlıq üçün olan yemdən hazırlanan 650 qramlıq zavod çörəyi 70 qəpikdir. Yəni zavod çörəyinin kilosu 1 manata satılır. 50 faiz qazancla. Normal çörəklərin isə yarım kilosu 1 manatdan başlayır. Yəni 1 kilo normal çörəyi bizə 2 manata satırlar. Bunun maksimum 1 manatı maya dəyəridir. Demək 2 qat qazanc əldə olunur.

Sosioloq hesab edir ki, eyni vəziyyət digər un məmulatlarına da aiddir. Belə ki, əvvəllər kq-i 80 qəpik civarında olan bu məhsullar indi kq-i 1,7 manatdan başlayır. Yəni 2 qat bahalaşıb. 1 kq taxılln qiymətinin 50 qəpik, emaldan sonra maya dəyərini isə 70 qəpik olduğunu nəzərə alsaq, o halda bu məhsulların kq-i maksimum 1 manatdan başlamalıdır. Bu halda belə 50 faiz qazanc əldə olunur.

"Ölkədə çörək və un məmulatlarının qiyməti əvvəlki bahalaşmaya əsasən qalxmışdı, hazırda o problem yoxdur. Çörəyin qiyməti əvvəlki həddə qaytarılmalıdır",-deyə o bildirib.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında söyləyib ki, bu problem təkcə çörək və un məmulatları yox, başqa sahələrdə də var.

"Elə götürək bizim üçün stratejik əhəmiyyəti olan neft və neft məhsullarını hansı ki, dəfələrlə müşahidə etmişik ki, dünya bazarlarında neftin qiymətinin qalxıb, enməsiylə bağlı bahalaşan yanacaq qiymətləri cüzi ucuzlaşıb, ya da heç ucuzlaşmayıb"-deyən iqtisadçı hesab edir ki, burada da problemi ayrı-ayrı sahibkarlarda yox, ümumi ticarət şəbəkəsində axtarmaq lazımdır. Eynilə yanacaq mallarında olduğu kimi un məmulatları üzrə də qiymət artıb-azalmaları bütün obyektlərdə eynidirsə, bu bazarın rəqabətsiz olduğuna işarə edir.Çünki praktik cəhətdən xammal qiymətlərinin dəyər dəyişməsi son məhsula, hər yerdə eyni səviyyədə təsir göstərə bilməz.

"Həmçinin nəzərə almaq lazımdır ki, çörəyin ərsəyə gəlməsi üçün istifadə olunan xammal təkcə undan ibarət deyil. Onun daxilində çoxsaylı inqridientlər var ki, onların qiymətinin dəyişməsi də, çörəyin qiymətinə təsir göstərir.

Bunun üzərinə maya dəyərini formalaşdıran daşınma və enerji xərcləri, o cümlədən sahəyə daxil olmaq və orada qalmaq üçün sərf olunan qeyri-rəsmi ödənişləri də əlavə etmək lazımdır. Çünki bu kimi amillər də çörəyin qiymətinin formalaşmasında özünəməxsus əhəmiyyətə malikdir",- deyə P. Musayev əlavə edib.

Çörəyin çəkisi ilə bağlı məsələyə gəldikdə isə, iqtisadçı vurğulayıb ki, bunu qeyri rəqabətli mühitlə də əlaqələndirə bilərik.Belə ki, rəqabətin az olduğu bazarlarda xərclərə qənaətin bir üsulu da, məhz məhsulun çəkisi və tərkibinin azaldılmasıdır.

"İnfliyasyanın gizli növünə aid olan bu təcrübə iqtisad elmində əsasən şirin kfilasiya adı ilə tanınmaqdadır. Bu kimi fundamental səbəblərlə yanaşı bəzi texniki məqamları da nəzərə almaq lazımdır. Məsələn, şirniyyat, ət məhsulları kimi çörək də bişəndə çəkisini itirməyə meyilli olur. Belə ki, sexlər çəkini bişməyə hazır olan xəmirə əsasən hesabladığından bişmə prosesi çörəyin daha az çəkiylə hazır olması ilə nəticələnir. Bundan başqa sahədə fərdi qaydada çörək bişirmək fəaliyyəti ilə məşğul olanlar da var ki, məsələn, təndir çörəyi bişirən sexlər məhz bu kateqoriyadandır.

Digər növlərdən fərqli olaraq, burada dövlət nəzarəti ya mövcüd deyil, ya da minimum səviyyədədir. Yəni sahibkarlar çörəyi istədiyi formada bişirə və istədiyi qiymətə də sata bilər ki, bu da qiymət uyğunsuzluğu meydana gətirən təməl faktorlardan biri hesab olunur"-deyə iqtisadçı qeyd edib./Bizimyol


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3115   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr