Dövlətdən mənzil almaq istəyənlərin nəzərinə! - 10 gün müddətində... - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.
Sonxeber.az nazirliyə istinadən xəbər verir ki, satış Nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək.
Portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur.
Mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Bu mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq mənzillərlə tanış ola bilər.
Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq.
Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.
Mənzili seçən şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1898 Tarix: 26 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub. "Qafqazinfo" xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində
24 dekabr"Yeni ildə atamı istəyirəm..." - Foto
Ötən il AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olan pilot, Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin qızı Daşa Kşnyakina sosial şəbəkə hesabında paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, qəhrəman pilotun qızı paylaşımında "Yen
25 dekabrYüksəkvəzifəli şəxslərin idmançı qohumu yenidən məhkəmə qarşısında
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizov hakim qarşısına çıxarılıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlini
24 dekabrRestoranlarda məlumatlarımız oğurlana bilər - Diqqət!
Kafe və restoranların bir çoxunda QR Kodlu menyu var. Amma bu menyular məlumatlarınızı kiber risklərə məruz qoya bilər. Ölkə.Az xəbər verir ki, bunu məlumat təhlükəsizliyi üzrə mütəxəssis Amalya Calalova danışıb. O, müştərilərə restoranlarda olarkən kağız daşıyıcılarda olan menyulardan istifadə etməy
24 dekabrFHN-in mayoru vəfat etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı dünyasını dəyişib. "Unikal"a istinadla xəbər verir ki, mayor Müqabil Bəxtiyar oğlu Əbdülov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum ötən gün torpağa tapşırılıb
24 dekabrElşad Abdullayevə hökm oxundu - 15 il
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, təqsirləndirlə
23 dekabrÇay və qəhvənin hansı halda xərçəng yaratdığı elmə məlum oldu
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini artırdığını müəyyən ediblər. xəbər verir ki, araşdırma Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılıb. Nəticələr "Food & Function" jurnalında dərc olunub. Tədqiqat UK Biobank layihəsinin məlumatlar
23 dekabr"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı
Səhiyyə Nazirliyi "Referans" klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib. "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada sertifikatsız rentgenoloji iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib. Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini
24 dekabrNaxçıvanda 10° şaxta var
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub. Düşən yağıntının miqdarı Xaçmaz v
25 dekabr