Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.
Həmin bağın "Google Maps" vasitəsilə əldə edilən görüntüsü
Bildirilir ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.
"Google Maps"da bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.
Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı "Tarkhan" - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, "Sübhə" Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.
Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir.
Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov "NB" Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib.
Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, "Liman işi" artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır