FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir
Beynəlxalq Futbol Federasiyası (FIFA) digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu barədə FIFA rəhbəri Canni İnfantino açıqlama verib.
Yanvarın 2-də Braziliyanın "Santos" klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pelenin anım mərasimi keçirilir. İnfantino braziliyalı ilə vida mərasiminə qatılıb.
"Mən onun xatirəsini ehtiramla yad etmək üçün buradayam. Biz əvvəllər beynəlxalq federasiyalarla yerli futbol çempionatlarının hər oyunundan əvvəl onun şərəfinə bir dəqiqəlik sükutla yad edilməsi barədə danışmışıq.
Amma biz həm də istəyirik ki, hər bir ölkədə Pelenin adını daşıyan heç olmasa bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini uzadar. Bunun olacağına əmin olmalıyıq", - İnfantino bildirib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1470 Tarix: 02 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25 oktyabr"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabrHövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabr"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabr