Qar yemək olarmı? - ARAŞDIRMA
Uzun müddət sonra Bakıya yağan qar sakinlərin sevincinə səbəb olub. Bir çoxlarımız uşaqlıqdan qarı sevirik. Bəziləri hətta "ilk qardan yemək lazımdır" deyib onun dadına da baxırlar. Qarın ağlığı xüsusən uşaqları cəlb edərək onu dadmağa "vəsvəsə edir".
Bəzi yerlərdə qarı əridib su kimi istifadə edirlər.
Bəs, görəsən. qar yemək olarmı? Bunun nə kimi fayda, yaxud zərərləri ola bilər?
BiG.AZ mövzuyla bağlı kiçik araşdırma aparıb.
Bir çox həkimlər qar yeməyin əleyhinədirlər.
Həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu sualımızın cavabında qeyd edib ki, xüsusən boğazı həssas olanlar soyuqlaya, angina ola bilərlər.
Lakin bu, mövcud risklərdən cəmi biridir.
Müasir ekoloji vəziyyət bütün dünyada son dərəcə əlverişsizdir. Qar yeməklə siz ciddi xəstəliklərə tutula bilərsiniz.
Qar, tozu özünə tez çəkir. Sənaye müəssisələrin çox olduğu şəhərlərdə havadakı zərərli kimyəvi birləşmələr də qara daha tez hopur.
Digər tərəfdən, qar üzərində gəzən insan və heyvanları, avtomobilləri də nəzərə almaq lazımdır. Belə halda qarın təmiz qalması mümkünsüzdür. Xüsusən sarı rəngdə olan qarı yemək təhlükəlidir. Heyvanların nəcasətindən başqa, maşın yağı, qum və kimyəvi maddələr da qara bu rəngi verə bilər.
2015-ci ildə aparılan araşdırmanın nəticələrinə əsasən, hətta yerə təzə düşən qarın da avtomobil qazı ehtiva edir.
Hətta böyük şəhərlərdən uzaq olan ucqar yerlərdə belə, qarın tərkibində böyük miqdarda kömür tozu və havanı çirkləndirən maddələr mövcuddur. Alimlər hesab edirlər ki, qar yerə düşmədən öncə də insan orqanizminə zərərlidir.
Buna baxmayaraq, qardaş Türkiyədə "qar halvası" hazırlayıb yeyənlər var. Bəzilərinin sözlərinə görə, qara doşab əlavə etməklə hazırlanan bu "halva" maddələr mübadiləsini sürətləndirir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3009 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrAlimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər
Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy
17 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabr