Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir.
Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrində xüsusilə sevilir.
Amerikalı bağban Emi Qoldmanın yazdığına görə, şamama ən azı min ildir ki, məlumdur. Böyük Britaniya kraliçası Annanın cib qovunu kimi tanınan şamama ABŞ-ın bostanlarında alaqotu kimi böyüyüb. Onun Şimali Amerikaya aparılması fransızlarla əlaqələndirilir.
Ərəb dilindən adının tərcüməsi xoş, gözəl qoxu mənası verən şamamanın ləti şirin deyil, lakin təbiət ona inanılmaz ətir bəxş edib. Onun yetişmiş meyvəsi təbii və zərərsiz təravətləndirici olaraq otağı 10 gün müddətində, yəni meyvə yumşalmağa başlayanadək xoş ətir ilə doldura bilər.
Şamamanın meyvələrini dəbdəbəli paltarlarının cibində ətirli top kimi saxlayan Viktoriya dövrünün xanımları da onun ətirli xüsusiyyətləri barədə məlumatlı idilər. Həmin dövrdə cib və çantada gəzdirilən şamamadan bədən qoxusunu gizlətmək üçün bir ətir kimi istifadə olunurdu. Keçmişdə şamama evin bir sıra yerlərindən asılar, gəlin cehizinə əlavə edilər, paltar arasına və əsgərliyə gedənlərin boğçasına qoyularmış. Tibdə şamama iyləmənin beyin üçün çox faydalı olduğu qeyd edilir.
Müasir dövrdə də şamama ətrinin xoş əhval-ruhiyyə yaratdığı, depressiya və streslə mübarizə aparmağa kömək etdiyi, əsəb gərginliyini aradan qaldırdığı məlumdur. Lakin bütün yaxşı şeylər kimi, şamamanın istifadəsi də odekolon, daha sonra ətirlərin yaranması ilə unuduldu. Halbuki onun ətri təbiidir və sağlamlıq üçün daha faydalıdır./"Qafqazinfo"
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2663 Tarix: 07 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gənclər imtina edir, köhnə nəsil vacib bilir - Toylarda MÜBAHİSƏLİ ƏNƏNƏ
Azərbaycanda toy mərasimlərində bu gün də qorunub saxlanılan maraqlı adətlərdən biri gəlinin belinə qırmızı lent bağlanmasıdır. Xüsusilə bəzi bölgələrdə geniş yayılan bu ənənə toy mərasiminin diqqətçəkən rituallarından biri hesab olunur. Bəs gəlinin belinə qırmızı lent bağlanmasının tarixi və simvoli
27 sentyabrMandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın
27 sentyabriPhone 18 Pro-da ciddi problemlər aşkarlandı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir. xəbər verir ki, yeniləm
29 sentyabrİldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır
Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır. xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdə
28 sentyabrSüni intellekt kosmosa yerləşdirilir: "Google" ilk peykini buraxacaq
"Google" şirkəti kosmosda süni intellekt infrastrukturunun yaradılması üzrə "Suncatcher" layihəsi çərçivəsində TPU prosessorlarının səmərəliliyini qiymətləndirmək üçün ilk sınaq peykini orbitə çıxaracaq. bu barədə şirkətin saytına istinadən xəbər verir. "Çoxillik tədqiqatlarda
25 sentyabrAvtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27 sentyabrKifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26 sentyabr