İctimai yerlərdəki "Wi-Fi"ların təhlükəli olduğunu bilirdinizmi? - RİSKLƏR

İctimai yerlərdəki "Wi-Fi"ların təhlükəli olduğunu bilirdinizmi? - RİSKLƏRİnternetə pulsuz giriş nöqtələri restoranlarda, otellərdə, hava limanlarında, kitab mağazalarında və hətta müxtəlif pərakəndə satış mağazalarında mövcuddur. Mobil internetimiz olsa belə, bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin bu azadlıq bizə baha başa gələ bilər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Yazını təqdim edirik:

Bir çoxumuzun restoranlarda, hotellərdə və digər ictimai yerlərdə maraqlandığımız ilk nüans məkanda "Wi-Fi" şəbəkəsinin olub-olmamasıdır. İnternetə pulsuz giriş nöqtələri restoranlarda, hotellərdə, hava limanlarında, kitab mağazalarında və hətta müxtəlif pərakəndə satış mağazalarında mövcuddur. Mobil internetimiz olsa belə, bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin bu azadlıq bizə baha başa gələ bilər. "Burada Wi-Fi var?" sualının yarada biləcəyi təhlükələri araşdırdıq. Bütün şəxsi, kart məlumatlarımızın telefonda olduğunu nəzərə alsaq, bizi hansı risklər gözləyir?

Məlumatların oğurlanma riski yüksəkdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sorğumuza cavab olaraq bildirdi ki, ictimai "Wi-Fi" şəbəkəsindən istifadə edərkən istifadəçilərə məxsus məlumatların oğurlanma riski yüksəkdir: "Bu səbəbdən ictimai "Wi-Fi" şəbəkəsinə qoşularkən diqqətli olmağı, bu şəbəkələrdən istifadə edərkən bank kartı məlumatlarını daxil etməməyi, onlayn hesablara giriş etməməyi, həmçinin digər fərdi məlumatları ötürüb, qəbul etməməyi tövsiyə edirik".

Məlumatlarınızı özünüz təqdim edirsiniz

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, ictimai "Wi-Fi"dan istifadə etdikdə, məlumatlarınız marketinq və kommersiya fəaliyyətləri üçün istifadə edilə bilər: "Wi-Fi" təmin edən məkanlar istifadəçilərinə açıq və ya təhlükəsiz parolla şifrələnmiş bağlantılar verir. Bəzi pulsuz ictimai "Wi-Fi" şəbəkələri isə sizdən mobil nömrəniz və ya sosial profiliniz kimi bəzi şəxsi məlumatlarınızı təqdim etməyinizi istəyir. Bu məlumatlar sonradan marketinq və kommersiya fəaliyyətləri üçün istifadə edilə bilər. Yəni öz məlumatlarınızı özünüz təqdim edirsiniz".

Evimizdəki "Wi-Fi" ilə haker hücumuna məruz qala bilərikmi?

Evdə istifadə etdiyimiz "Wi-Fi" şəbəkəsinin təhlükəsizliyinə gəldikdə isə, mütəxəssis deyir ki, ev "Wi-Fi" sistemlərinin ilkin quraşdırılmasında həmişə standart şifrələmə protokollarından (WPA2/WPA3) istifadə etməli və çətin parol qurulmalıdır: "Bundan əlavə, "Wi-Fi" şəbəkəsini "gizli" (yəni axtarışda görünməyən) rejimə salmaq lazımdır. Bütün bunlar evinizdə "WiFi"dan rahat, təhlükəsiz istifadənizi təmin edəcək".

Man-in-the-Middle hücumları

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının Kibertəhlükəsizlik Komitəsinin mütəxəssisi Eldar Qurbanov deyir ki, ictimai "Wi-Fi" şəbəkələri üzərindən istifadəçilər üçün çoxlu sayda risklər yaranır. Mütəxəssis iddia edir ki, biznes sahibləri müştərilərinə keyfiyyətli xidmət təqdim etdiklərinə inansalar da, ictimai "Wi-Fi"la bağlı təhlükəsizlik zəifdir və ya ümumiyyətlə yoxdur: "Bu şəbəkələrdə ən çox yayılmış təhlükələrdən biri Man-in-the-Middle-Ortada adam (MITM) hücumu adlanır. Əslində, MITM hücumu dinləmənin bir formasıdır. Kompüter internetə qoşulduqda məlumat A nöqtəsindən (cihaz) B nöqtəsinə (xidmət/veb-sayt) göndərilir. Bu zaman kibercinayətkar bu ötürmələr arasına daxil ola bilər. Beləliklə, şəxsi hesab etdikləriniz artıq şəxsi deyil. Fırıldaqçılar həmçinin fişinq e-poçtlarından istifadə edərək MITM hücumunu həyata keçirə bilərlər. Bu e-məktublarda onlar sizi aldadaraq şəxsi məlumatlarınızı paylaşmaq üçün etibarlı mənbə adından çıxış edəcəklər".

Şifrələnməmiş şəbəkələr

Mütəxəssis vurğulayır ki, ictimai "Wi-Fi" təhlükəsizliyi ilə bağlı risklərdən qorunmaq üçün şifrələnmiş şəbəkələrdən istifadə edilməlidir: "Şifrələnmiş şəbəkədən istifadə edərkən, cihazınız və "Wi-Fi" routerlər arasında göndərilən məlumat "gizli kodda" olur. Buna görə heç kim açar olmadan məlumatı görə bilməz. Əksər "Wi-Fi" routerlərdə şifrələmə standart olaraq söndürülüb və şəbəkə qurarkən yandırılmalıdır"

Zərərli proqramların paylanması

E.Qurbanovun sözlərinə görə, proqram təminatı zəiflikləri sayəsində kibercinayətkarın siz bilmədən zərərli proqram təminatını kompüterinizə keçirə bilməsi yolları da var: "Proqram təminatı zəifliyi əməliyyat sistemində və ya proqram təminatında aşkar edilmiş təhlükəsizlik boşluğudur. Hakerlər xüsusi boşluğu hədəfləmək üçün kod yazmaqla, bu boşluqdan istifadə edə və sonra zərərli proqramı cihazınıza yeridə bilərlər. Həmçinin kibercinayətkarlar "Wi-Fi" siqnallarını dinləməkdə onlara kömək etmək üçün xüsusi proqram dəstləri və hətta qurğular ala bilərlər. Bu texnika onlara onlayn etdiyiniz hər şeyə daxil olmaq imkanı verə bilər ".

Cinayətkarlar qurbanlarını hotspotlarla da aldadırlar

Mütəxəssis vurğulayır ki, cinayətkarlar qurbanlarını hotspotlarla da (zərərli qaynar nöqtələr) aldadırlar: "Məsələn, hoteldə qalırsınız və hotelin "Wi-Fi" şəbəkəsinə qoşulmaq istəyirsiniz. Hotelin adının üzərinə kliklədiyiniz zaman düzgün olan "Wi-Fi" şəbəkəsini seçdiyinizi düşünə bilərsiniz, lakin belə olmaya da bilər. Kibercinayətkarlar tərəfindən yaradılan qaynar nöqtəyə qoşulursunuz. Məhz o nöqtədə şəxsi məlumatlarınız kibaercinayətkarların əlinə keçir".

Mütəxəssislər ictimai yerlərdə sadaladığımız risklərdən qorunmaq üçün mobil internetdən istifadə etməyi tövsiyə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2081   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021