Rəsulzadəyə aid film təqdim olundu
"Park Cinema" Alov Qüllələri kinoteatrında keçirilən tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib. Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib.
Tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib: "Sizin isti münasibətiniz, Rəsulzadə fəaliyyətini, ailəsini ürəkdən qəbul etdiyiniz hər an hiss olunur. Rəsulzadəyə, tariximizə olan böyük məhəbbətiniz üçün təşəkkür edirəm. Filmin yaradıcı heyətinə bu diqqət üçün minnətdaram. Arzu edirəm ki, "Yüz ilin sirləri" olaraq yolunuza davam edib, bundan sonra da tariximizin bilinməyən səhifələrini üzə çıxararsınız".
Layihənin müəllifi AZTV-də yayımlanan "Yüz ilin sirləri" verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında "mən bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm" - deyə bildirib.
Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və video görüntülər nümayiş olunur.
Qeyd edək ki, "Park Cinema" kinoteatrlar şəbəkəsində təqdim olunan film ilk olaraq 2 günlük nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə nümayiş fevralın 8-dək uzadılıb.
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1757 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrPomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Pomidorlar demək olar ki, hər mətbəxdə olur: onlar salatlara, souslara, şorbalara, pizzalara və onlarla digər yeməklərə əlavə olunur. Deyəsən, bu ümumi məhsul haqqında hər şeyi bilirik. Əslində, pomidorların tarixi bir çox sürprizləri gizlədir - mənşəyindən tutmuş meyvə və ya tərəvəz olması ilə bağl
18 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr