Bugün Azərbaycan bayraq gününü qeyd edir

Bugün Azərbaycan bayraq gününü qeyd edirBu gün Azərbaycanda dövlət bayrağı günü qeyd olunur.

Sonxeber.az bildirir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.

Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir.

Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir.

Yaşıl rəng - islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir?

Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Bayrağın dalğalandırılması ilə bağlı baş nazir Artur Rəsizadənin imzaladığı yeni qərara əsasən, "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"na aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilib:

"12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3101   Tarix: 09 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bir qardaş öldü, digəri yaralandı

Ötən gecə saat 00 radələrində Ağdaş rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan 37 yaşlı sərnişin Elgün Həsənov hadisə yerində ölüb, qardaşı 41 yaşl

3 iyun
.

Onlara bu qədər müavinət ödəniləcək

Diplomatik xidmət əməkdaşlarına verilən müavinətlərlə bağlı qanuna dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" Qanuna təklif olunan dəyişiklikd

2 iyun
.

Qubanın 3 kəndinin adı dəyişdirildi

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb. Qanuna əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:. - Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindək

1 iyun
.

Bakcell "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə dəstək oldu

Bakcell 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. "YAŞAT" Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladların

1 iyun
.

Vətəndaşın ticarət mərkəzindən aldığı 3 dondurmaya ödədiyi pulu eşidənlər şok olur - VİDEO

İstanbulda bir alış-veriş mərkəzində 3 dondurmaya 840 lirə ödəyən qadın sosial şəbəkədə paylaşdığı video ilə yüksək qiymətlərə etiraz edib. Bu barədə xəbər verir. Qadının sözlərinə görə, qiymət siyahısı kifayət qədər kiçik yazıldığı üçün əvvəlcədən qiymətlərə diqqət yetirməyib və maksimum 200 lirə ödəyəcəyin

2 iyun
.

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub. "Qafqazinfo" xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayara

2 iyun
.

Space TV-dən getdi - "3 aydır maaş almıram"

Aparıcı Könül Muxtarova Space TV-dəki fəaliyyətini dayandırıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, 3 aydır kanalda çalışsa da, maaş ala bilmir. "Üç aydır çalışdığım kanaldan maaş ala bilmirəm. Bundan sonrasına da vəd verə bilmirlər" deyə, Könül qeyd edib

2 iyun
.

Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb. xəbər verir ki, Miladi təqvimi ilə iyunun 16-da Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının 10-u, Aşura günü isə iyunun 25-nə təsadüf edir. Məhərrəm ayı başa çatdıqdan sonra isə Səfər ayı başlayacaq

3 iyun
.

Cavid Gül "Space"dən çıxarıldı

Aparıcı Cavid Gül illərdir çalışdığı "Space"lə yollarını ayırıb. OLAY-ın əldə etdiyi məlumata görə, Cavid "Space" Radio-dakı rəsmi işindən çıxarılıb. Bundan əlavə, ixtisarların davam etdiyi kanalda 4 operator və 25 ildir əməkdaşları olan səs rejissoru da vəzifəsindən azad edilib

3 iyun