Günəş əslində sarı deyil: Həqiqi rəngi görmək üçün atmosferdən çıxmaq lazımdır
Yer üzündən hər gün sarı disk kimi gördüyümüz Günəş əslində kosmosda tamamilə fərqli görünür - ağ rəngdə. Bu nəticə işığın fizikası ilə bağlı izahlara əsaslanır və göstərir ki, bizə tanış olan rəng ulduzun öz xüsusiyyəti deyil, Yer atmosferinin təsirinin nəticəsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazır.
Astrofiziklərin sözlərinə görə, işığın səpələnməsinə səbəb olan atmosfer olmadıqda, açıq kosmosda Günəş ağ görünür. Beynəlxalq Kosmik Stansiyada çalışan astronavtlar və Ay səfərlərində iştirak etmiş "Apollo" missiyalarının üzvləri onu məhz bu cür müşahidə ediblər.
Alimlər Günəşin Yer üzündən niyə "saraldığını" da izah edirlər. Bu effekt Reyli səpələnməsi adlanan fiziki hadisə ilə bağlıdır. Məhz bu proses səmanın mavi görünməsinə səbəb olur. Günəş işığı atmosferdən keçərkən hava molekulları qısa dalğalı mavi işığı daha güclü səpələyir, uzun dalğalı sarı və qırmızı şüalar isə müşahidəçiyə daha asan çatır.
Nəticədə Günəşdən gələn birbaşa işıq mavi spektrin bir hissəsini itirir və ulduz bizə sarımtıl, hətta üfüqə yaxın olduqda narıncı rəngdə görünür.
Fizika baxımından Günəş görünən işıq spektrinin bütün rənglərini yayır. Onun səth temperaturu təxminən 5800 kelvin təşkil edir. Bu rənglərin cəmi insan gözü tərəfindən neytral ağ işıq kimi qəbul olunur.
Astronomlar Günəşi G2V tipli "sarı cırtdan" kimi təsnif etsələr də, bu termin onun rəngini deyil, temperatur və parlaqlıq üzrə elmi təsnifatdakı yerini ifadə edir.
Fiziklərin sözlərinə görə, mavi səma və "sarı" Günəş eyni prosesin iki fərqli təzahürüdür. Atmosfer Günəşin özünü dəyişdirmir, sadəcə onun işığını müşahidə istiqamətindən asılı olaraq müxtəlif şəkildə süzür.
Kosmosdan baxdıqda, atmosferin yaratdığı bu "filtr" aradan qalxır və optik illüziya yox olur. Nəticədə Günəş öz təbii ağ rəngində görünür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4943 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr