Qurban Qurbanov: "Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək"
"Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis maraqlı görüş alındığını söyləyib və futbolçularından razılıq bildirib: "Ədalətli nəticə bərabərlik idi".
Ağdam klubunun baş məşqçisi "Sabah"ın etiraz etdiyi mübahisəli penalti epizodu barədə də fikirlərini bölüşüb: "Həmin epizoda yenidən baxmaq lazımdır. Ən ədalətli insanlar hakimlər olmalıdır. Xahiş edirəm ki, bu anla mənim avrokubokda etdiyim feyr-pley epizodunu müqayisə etməyək".
Q. Qurbanov UEFA Konfrans Liqasında Belçika klubu "Gent"lə keçiriləcək oyunöncəsi qapı xətti ilə bağlı narahat olmadığını sözlərinə əlavə edib: "Biz "Gent"lə görüşdə meydana Amin Ramazanovla çıxmağa qorxmuruq. Rəqib yaxşı komandadır və güclü liqada mübarizə aparır. Hansı kollektivə qarşı oynasaq da, sonadək mübarizə aparacağıq. Meydana çıxan bütün futbolçulara inanıram. Bu gün qapını Aminə tapşırdıq. Rəqibin oyununa yenidən baxacaq və daha sonra start heyəti ilə bağlı qərar verəcəyik. "Gent"lə matçda istənilən futbolçunun çıxış etmək ehtimalı var".
O, fevralın 16-da üz-üzə gələcəkləri "Gent"in oyununu canlı izlədiyini söyləyib: "Fərqli sistemdə çıxış edən komandadır. Sürətli oyunçuları var. Bizə xoş olmayan kollektivdir. Amma bu cür klublara qarşı çıxış etmirik. Hansısa rəqibdən çəkinmək istəmirik".
Baş məşqçi yeni transferlərin hazırlığının hələlik onu qane etmədiyini ifadə edib: "Fiziki durumlarını və oyun təcrübələrini yaxşılaşdırmaq üçün vaxt lazımdır. Tələsmirik, ehtiyatlanırıq. Adama Diakabi "Şamaxı" ilə matçda 30 dəqiqə meydanda oldu və əzələsində ağrılar hiss etdi. Ehtiyatlı olmalıyıq".
Qurban Qurbanov son vaxtlar adı xarici klublarla hallanan Ramil Şeydayevlə bağlı duruma da aydınlıq gətirib: "Xarici komandalardan təklifin olmasına normal baxıram. O, bombardirlər sırasındadırsa, maraq olacaq. Mayadək müqaviləsi var. Transfer dönəmi bağlanıb, hansısa komandaya getməsi real deyil. Zamanı olanda danışıqlara başlayacağıq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1444 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrBakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabr