"Formula 1": Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə verilən məlumata görə, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci sektordur.
BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib: "Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik.
Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb.
Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı, ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var.
Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram".
Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran-prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır.
Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edir.
Bilet alışına görə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1557 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrBakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabr