Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)

Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)"Zəlzələ yer kürəsində hər gün baş verən hadisədir. Zəlzələlər Rixter ölçüsünə görə adətən 2.5-3 baldan yuxarı olduqda hiss olunur.Əsasən 6.9 baldan yuxarı olan zəlzələlər Rixter ilə ölçülmür. Hətta Turkiyənin Qəndilli rəsətxanası 4 baldan yuxarı zəlzələlər üçün, Moment maqnitud şkalası (Moment magnitude scale - Mw) üsulundan istifadə edir və bu üsulun yetərli olduğunu, başqa üsullara ehtiyac olmadığını bildirir. Ötən həftə Türkiyədə baş verən 7 bal gücündən böyük olan zəlzələ ərazisinin sahəsi təxminən İngiltərənin ərazi sahəsinə yaxın həcmdədir və ya Hollandiyanın iki qatından daha böyükdür".

Bu sözləri Sonxeber.az-a mühəndis-ekspert Bəhruz Əliyev deyib.
Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)O bildirib ki, baş verən zəlzələ 130 atom bombasının partlayışı gücündə olduğu hesab edilir.

"Dünyada 7 baldan çox olan zəlzələlər bir ildə təxmini olaraq, 15-20 dəfə baş verir, amma əhatəsinə görə isə təxminən 10 ildən bir 2-4 dəfə baş verir. Zəlzələ üzrə ekspertlər bu məsələnin müxtəlif səbəblərini açıqlayıblar. Mən isə bu hadisədən təsirlənən birisi olaraq, mühəndislərə xas detalçılıq xüsusiyyəti ilə etdiyim araşdırmaları, gələcəkdə bu tipli hadisələrin qarşısının alınması yollarını, tektonik ölkələrdə alınan tədbirlərin işığından yola çıxaraq ətraflı araşdırma etmək qərarına gəldim və istədim ki, yararlı olması ümidi ilə maraqlı olanlarla bölüşüm. İnsan əməyini rahatlaşdıran və sağlamlığına xidmət edən, fəlakətlərdən qoruyan hər bir innovativ yanaşma qiymətlidir. Mənə aid deyil deyərək, ilkin tədbirlərdən və məlumatlardan uzaqda qalmaq, gələcək mümkün fəlakətlərə biganəlik hesab etmək olar. Axtardıqda internetdə də tapıla biləcək bəzi məlumatları aşağıdakı kimi qeyd etmək mümkündür. Cədvəldə zəlzələnin meydana gətirə biləcəyi fəsadlar göstərilərək, nə qədər əhəmiyyətli bir məsələ olduğunu xüsusilə vurğulamaq olar".
Daha ətraflı olaraq cədvəl şəklində təqdim edirik:

Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)Bu halda hansı tektonik ölkələr, hansı növ tədbirlər alır və hansı üsullardan istifadə etdikləri barədə suallar ortaya çıxır. Ümumiyyətlə dünyada ən çox zəlzələ baş verən ölkələr sırasına Yaponiya, Türkiyə, Hindistan, İran, Çin, Meksika, Peru, İndoneziya, ABŞ (Kaliforniya, Alyaska və Vaşinqton ştatları), Rusiya və Çili daxildir. Bu ölkələr dünyanın bütün ölkələri arasında zəlzələ hadisələrinin ən çox baş verdiyi ölkələrdir. Zəlzələ intensivliyi zamanla dəyişə bilər. Tektonik ölkələrin ən başında gələn Yaponiya bu kimi hallarla necə mübarizə apardığını öyrənməyə və tətbiq etməyə dəyər. Yaponiyanın zəlzələ hadisəsindən başqa sunami və tropik qasırğaları ilə də üz-üzədir. Keçmiş səhvlərdən öyrənmək bacarığı Yaponiyanı dünyanın zəlzələyə ən hazır ölkəsi edib.
​2011-ci ildə Yaponiyada Tohoku bölgəsində 9.1 bal gücündə zəlzələ oldu. Türkiyədəki baş verən zəlzələdən 20 qat daha böyük olan zəlzələdə 121 min bina dağıldı, 1 milyon bina qəzalı vəziyyətə düşdü. Bu zəlzələ səbəbi ilə ölənlərin sayı isə 667 nəfərdir. Sonradan yaranan 41 metrəlik sunami dalğaları isə 14 mindən çox adamın boğularaq ölməsinə səbəb oldu. Zəlzələdə 15 minə yaxın insan itirən bu ölkə ciddi tədbirləri həyata keçirilməyə başlanıldı. 2020-ci ildə Yaponiya fəlakətlərə qarşı 144.4 milyard dollar büdcə ayırdı. Zəlzələlərdən başqa bu büdcədə sel, qasırğa kimi təbii fəlakətlərə qarşı tədbirlər də nəzərdə tutuldu. Bu büdcə 123 ədəd fəlakət azaltma layihəsi ehtiva etdi. Davamlı olaraq fəlakətə və fəlakət sonrasına hazırlıq görülür. Müəyyən simulyasiyalar ilə ssenarilər test edilir. Risk nöqtələrini aydınlaşdıraraq, tədbirlər görülür. Yaponiya Dünya Bankı ilə təkcə Yaponiya üçün deyil, bütün inkişaf etməkdə olan ölkələr üçün Disaster Risk Management (Zəlzələ Riskinin İdarə Edilməsi) məsələlərində dəstək verir.
Yaponiyada zəlzələlərin davamlı olmasını nəzərə alaraq, bütün evlər müəyyən dərəcədə sarsıntılara tab gətirə bilir. Binalar qanunla müəyyən edilmiş zəlzələyə davamlılıq standartlarına uyğun tikilir. Tokiodakı binaların təxminən 87 faizinin zəlzələyə davamlı olduğu iddia edilir. Bu uğurlu bir rəqəm sayılır.
Yaponiyadakı hər bir smartfonda zəlzələ və sunami xəbərdarlığı sistemi var. Gözlənilən fəlakətlərdən təxminən 5-10 saniyə əvvəl işə salınan bu sistem istifadəçilərə lazım olduqda tez mövqe tutmaq üçün vaxt vermək məqsədi daşıyır. Yaponiyadakı məktəblər müntəzəm olaraq zəlzələ təlimi keçirir. Bu məşqlərdən bəziləri ayda bir dəfə olur. Kiçik yaşlarından ən yaxşı şəkildə özlərini qorumaq və yaşadıqları ərazidə zəlzələ baş verdikdə təhlükəsiz qalmaq üçün təlim keçirilir. Məsələn, uşaqlar zəlzələ bitənə qədər masaların altına girərək, stolun ayaqlarından yapışmaq refleksi qazanırlar. Əgər onlar çöldə oynayırlarsa, dağıntılardan kənar birbaşa açıq sahəyə getməyi öyrədirlər.
Yaponiyada bəzi məktəblərdə uşaqlar zəlzələ simulyatorlarında zəlzələ ilə tanış olur. Uşaqlara zəlzələ hissi çox kiçik yaşlarından tanıdılır.
Yaponiya qatarların üstünlük təşkil etdiyi ölkədir, bütün qatarlar sərnişinlərin təhlükəsizliyini təmin edir.
Ölkədə hərəkət edən hər bir qatar zəlzələ sensorları ilə təchiz edilmişdir. 2011-ci ildə Yaponiyada 9 bal gücündə zəlzələ baş verəndə 27 qatar hərəkətdə idi. Hər bir qatar böyük zəlzələdən əvvəl dayandı, nəticədə heç bir ölüm və ciddi xəsarət baş vermədi.
Hər bir ailə zəlzələyə hazır olur. Çox evdə zəlzələdən xilas olmaq üçün dəstlər var. Bu dəstlərə ilk yardım avadanlığı, qablaşdırılmış su, qida, əlcəklər, üz maskaları, məşəl kimi sağ qalma vasitələri daxildir.
Ən təsirli mühəndislik möcüzələrindən biri Tokionun az tanınan su drenaj tunelidir. Bu böyük tunel siklon və sunami kimi təbii fəlakətlər nəticəsində yaranan sel sularını toplayır və Edo çayına təhlükəsiz şəkildə çatdırır. Ərazi zəlzələdən silkələnsə və sunamiyə səbəb yaransa, şəhər istənilən böyük daşqından qorunur. Tikintisi 13 il çəkən və 3 milyard ABŞ dollarına başa gələn, bu yol insan həyatının qurtulmasına xidmət edir. Bu tipli bir çox üsulları hər bir tektonik ölkə öz coğrafi mövqeyinə görə və digər ölkələrin təcrübəsindən istifadə edərək, ortaya qoya bilər. Təbii fəlakətlər adətən bütün insanlığı bir araya gətirə bilən bir hadisədir. Ona görə də heç bir tektonik ölkə digər tektonik ölkələr ilə öz təcrübəsini bölüşməkdən geri çəkilmir.
İndi isə əsas fikri bina tikilişində istifadə olunan üsul və texnologiyalara, yanaşmalara yönləndirmək olar. Başlıca olanları xüsusi qeyd etmək mümkündür.
Yaponiyada bütün evlər zələləyə dözümlü şəkildə inşa edilir. 1980-ci illərdən etibarən bina tikintilərində "seysmik izolyasiya" istifadə olunur. Bu izolyator binanın təməlində istifadə olunan polad və kauçuk təbəqələrdən ibarət xüsusi avadanlıqdır. Apple şirkəti də Silikon Vadisindəki mərkəzi binasında bu izolyasiyalardan istifadə edir. 1995-ci ildə Yaponiyadakı Kobi zəlzələsindən sonra, qanunvericilikdə dəyişiklik oldu. Qəbul olunan Kençikuşi sistemi ilə yeni məzun olmuş mühəndisin məsuliyyəti kiçik taxta evlərlə məhdudlaşırdı. Yaponiyada memar və mühəndislər icbari təhsili başa çatdıqdan sonra imtahan verərək təsdiqlənirlər. Kençikuşi sistemində müəyyən edilmiş eksperti işə götürən qurumlar tikintiyə də nəzarət etməyə borcludur. Lisenziyalı memar və mühəndislər 10 il ərzində bina qüsurlarına görə məsuliyyət daşıyırlar. Hətta təxminlərə görə 2030 da Tokioda ehtimal olunan 9 bal gücündə zəlzələdə itkiləri 30 faiz azalda biləcəklər. Plana əsasən, toplaşma mərkəzlərində Wi-Fi nöqtələrinin yaradılması da nəzərdə tutulub. Fəlakət zamanı yerli səviyyədə rəhbərlik edə biləcək insanların hazırlanması da nəzərdə tutulub.
Yaxşı olardı ki, hündür mərtəbəli binaların tikilişində aşağıda görsənən metodlardan biri istifadə olunsun.
Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)Bu seçimlər arasında ən risksiz və eyni zamanda bahalı olan versiya izolyasiya sistemidir. İzolyasiya sistemi zəlzələ anında yer ilə binanın birbaşa təmasını kəsdiyi üçün, 7-8 bal gücündə olan zəlzələ binada demək olar ki, 3-3.5 baldan yüksək hiss edilmir. İnsanlara və onların mülklərinə ciddi heç bir ziyan dəymir. İzalyatorlar binanın tikiliş maliyyətini qaldırsa da, etibarlılıq və dünyada ən qiymətli olan insan həyatından vacib olmadığı üçün əhəmiyyətlidir. İzolyasıyanın bəzi texniki detallarını da göstərərək, sistemin necə işlədiyinə diqqət çəkmək olar.
Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)Zəlzələ zamanı izolyatorlu binalar necə "RƏQS EDİR"? - ARAŞDIRMA (VİDEO)Düzgün və vicdanla və məsuliyyətlə işlərin görülməsi, müasir innovativ yanaşmaları tətbiq edilməsi hər bir peşəkar iş görmək istəyən mühəndisin, işçinin məqsədi olmalıdır. Bir gün məsuliyyətsizliklə tikilən binalarda həyatın bumeranqı ilə qarşılaşacağımız istisna deyil. Yaponiyada izolyatorlu binalar hansı məsuliyyətin məhsulu olduğu yaqın ki, hamımıza aydındır. İzolyatorlu binalar hər bir tektonik bölgədə və hətta hündür mərtəbəli bütün binalarda olması arzuolunandır".

AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6686   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Maşında ürəkbulanma niyə yaranır? - SƏBƏB

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid

30 avqust
.

35 yaşdan sonra qadınların sağlamlığı üçün əsas qida məhsulu - Həkimdən açıqlama

Həkim Sara Marin 35 yaşdan yuxarı qadınlara qida rasionlarına bir qidanı mütləq daxil etməyi məsləhət görüb. xəbər verir ki, "Deia" nəşri onun tövsiyələrini dərc edib. Sara Marin bu yaşda olan qadınlar üçün əsas qida məhsulu kimi sardina balığının adını çəkib. Bu balığın tərkibində çoxlu miqdard

28 avqust
.

Corabların pis qoxusuna son: Yumadan əvvəl bunu püskürdün

Paltar yuyarkən ağ sirkədən istifadə etmək yuyucu vasitənin təsirini gücləndirə və xüsusilə corablarla alt paltarında yaranan xoşagəlməz qoxuların azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, sirkənin tərkibindəki sirkə turşusu parça liflərində toplanan tər, sabun və mineral qalıqlarını

1 sentyabr
.

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxudun daha asan bişməsi üçün hazırlığa bir gecə əvvəldən başlamaq lazımdır. Noxudu geniş qabda üzərini bir neçə barmaq keçəcək qədər su əlavə edib təxminən 8-12 saat gözlətmək dənələrin su çəkərək yumşalmasını təmin edir. Ertəsi gün noxudun ıslatma suyu mütləq tökülməli və bol su ilə yaxalanaraq təmi

29 avqust
.

Yağlı qidalar beyinə necə təsir edir? - 75 mindən çox hüceyrə araşdırıldı

Danimarkalı alimlərin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu piylənmənin qanda şəkərin yüksək səviyyəsini müəyyən edən beyin mexanizmini sıradan çıxardığını aşkar edib. xəbər verir ki, bu barədə "Nature Communications" nəşri məlumat yayıb. Bioloqlar yağlı qidaların hipotalamus neyronlarını

1 sentyabr
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust
.

Mövsümi tükənmişliyin üç əsas ƏLAMƏTİ

Mövsümi tükənmişliyə üç əsas əlamət işarə edə bilər: səbəbsiz yaranan əsəbilik, 10-15 dəqiqədən artıq bir işə diqqəti cəmləyə bilməmək və görülən işlərdə mənasızlıq hissi. xəbər verir ki, bu barədə MİREA - Rusiya Texnologiya Universitetinin Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqin

31 avqust
.

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR

Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir

30 avqust
.

Ağ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi

Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi

30 avqust