Nigar Camala hücum edən şəxs saxlanıldı - RƏSMİ AÇIQLAMA - VİDEO
"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
DİN rəsmisi əlavə edib ki, araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***07:53
Azərbaycanı 2011-ci ildə "Avroviziya"da təmsil edən müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni instaqram hesabında paylaşım edib.
O qeyd edib ki, "KİA" markalı avtomobili idarə edən şəxs yolunu kəsib və müğənninin avtomobilinə ziyan vurub:
"Gördüyünüz "99-RJ-449" dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif "tryuk"larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif "tryuk"lar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.
Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz da ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabr10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabr