Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? - ŞƏRH

Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? - ŞƏRHSon zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır.

Azərbaycanda isə içməli su qıtlığı artıq ciddi şəkildə hiss edilməyə başlayıb. Hətta "Azərsu" ASC ötən günlərdə qənaət rejimi ilə bağlı qərar qəbul edib, paytaxtın bəzi hissələrində bu rejimə keçilib. Vətəndaşların narazılığına səbəb olsa da, qurum rəsmiləri qənaətlə bağlı xəbərdarlığın və addımların vacib olduğunu diqqətə çatdırıblar.

İçməli su probleminin təhlükəli hal alması suvarma suyu ilə bağlı məsələləri də gündəmə gətirib. Əksəriyyət hesab edir ki, qış mövsümünün quraq keçməsi önümüzdəki aylarda kənd təsərrüfatında məhsuldarlığın düşməsinə, suvarma suyu ilə əlaqədar qıtlığın yaranmasına səbəb olacaq.

Bununla bağlı Oxu.Az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üz-üzədir:

"Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub. Hazırda Azərbaycanda da içməli suya müəyyən qısamüddətli qadağalar tətbiq edilir, su fasilələrlə verilir. Əkin sahələrində də qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac mütləqdir. Çünki keçən il əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq göstərdi, hətta bəziləri tamamilə məhv oldu. Xüsusilə, pambıq əkini ilə məşğul olan rayonlarda belə hal müşahidə edildi. Bu il də eyni problem gözlənilir. Qış ayları yağıntının miqdarı az, çaylarda sululuğun səviyyəsi aşağı oldu.

Ancaq hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməkdədir. Yeni suvarma texnologiyalarının tətbiqi ön plana çıxarılıb. Bu faktdır ki, suvarma suyuna qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata keçirilir. Bizim su kanallarımız çox bərbad haldadır, müasir tipli deyil, beton kanallarla əvəz olunmayıb və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq planlaşdırma həyata keçirilməlidir. Hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi, hansı ərazilərə daha çox su verilməsi kimi məsələlər təhlil edilməli, buna uyğun strategiya müəyyənləşdirilməlidir".

Komitə sədri vurğulayıb ki, ciddi nəzarət tətbiq edilərsə, suya qənaət və kənd təsərrüfatında məhsuldarlığın artırılması mümkündür:

"Yeni su anbarlarının yaradılması da xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı bu sahəyə daim diqqət yetirir. Ona görə indidən tədbirləri genişləndirmək, yeni su kanalları istifadəyə verilənə qədər su ehtiyatını normal səviyyədə saxlamaq lazımdır. Çayların məcrasının su anbarlarına yönəldilməsi istiqamətində işlər aparılır. Su təsərrüfatının yaxşılaşdırılması üçün əvvəlki illərdən fərqli olaraq, bu ilin dövlət büdcəsində daha artıq xərclər nəzərdə tutulub.

Eynilə beton kanalların istifadəyə verilməsi işləri davam etdirilir. Yeni su mənbələrinin üzə çıxarılması istiqamətində də müvafiq orqanların addımlarını görürük. Hökumətin bu sahədə böyük tədbirlər planı var, hətta Dövlət proqramı səviyyəsində qərarların qəbul edilməsi gündəmdədir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2726   Tarix: 04 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr