Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?

Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?

Oxu.Az məşhur sənətçilər arasında 8 Mart - Beynəlxalq Qadınlar Günündə aldıqları hədiyyələrlə bağlı sorğu keçirib. Sorğumuzda iştirak edən xanımlar bunları deyib.

Xalq artisti Məleykə Əsədova bildirib ki, ən gözəl hədiyyəni qızından alıb. Ancaq hədiyyənin nə olduğunu aktrisa açıqlamayıb.

Əməkdar artist Nigar Şabanova qızıl dəsti və çiçəyin bayramda aldığı ən gözəl hədiyyə olduğunu deyib. Hədiyyəni verənin kimliyinə gəlincə isə, müğənni sadəcə "Ən yaxın insanımdan" cavabını verməklə kifayətlənib.

Müğənni Sevda Yahyayeva bayramda çoxlu hədiyyə aldığını qeyd edib:

"Dostlardan, tanışlardan çoxlu hədiyyə aldım. Ancaq təbii ki, ən gözəl hədiyyəni həyat yoldaşım etdi. Əslində, mənim üçün indi ilin hər günü bayramdır, çünki balam mənim ən gözəl hədiyyəmdir".

Əməkdar artist Nahidə Orucova qızının və kürəkəninin hədiyyəsinə daha çox sevindiyini deyib. Belə ki, aktrisanın qızı ona ev pijaması alıb.

Xalq artisti Gülyaz Məmmədova ən çox xoşuna gələn hədiyyəni oğlundan aldığını deyib.

"Ən gözəl hədiyyəni oğlumdan aldım. Həmişə olduğu, kimi ilk o, məni təbrik edir. Özüm kimidir, həmişə maraqlı və fərqli nəsə edir".

Xalq artisti Naibə Allahverdiyeva ürəkdən edilən jestlərin onun üçün əhəmiyyətli olduğunu qeyd edərək, konkret ad çəkməsə də, dostlarının hədiyyələrini bəyəndiyini deyib.

Xalq artisti Aygün Bayramova gülləri çox sevdiyini və bayramda ən gözəl hədiyyənin gül dəstəsi olduğunu vurğulayıb. "Gülləri sizə həyat yoldaşınız almışdı?", - sualına isə xanəndə gülümsəməklə cavab verib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1998   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Puqaçova iki ürək əməliyyatı keçirdi

Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib. xəbər verir ki, 76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropada yerləşən xəstəxanalardan birinə aparılıb. "Mash" nəşrinin məlumatına görə, əməliyyatlardan sonra müğənninin ağır iş rejiminə dözməkdə çətinlik çəkdiyi bildirilir. Onun nəfəs darlığ

29 iyun
.

"Bunları yeyəndən sonra oxumağa əziyyət çəkirəm"

"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla"

28 iyun
.

"Saqqalıma görə məni efirə buraxmırdılar"

"İlk dəfə efirə saqalla mən çıxmışam. Saqalla efirdə müğənni olmayıb. 1990-cı illərdə bir dəfə saqqalla efirə gəldim, böyük problem oldu. Dedilər ki, saqqalını qırx, yoxsa efirə çıxa bilməzsən. Məni efirə buraxmadılar". Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Zarafa

5 iyul
.

Kimyaterapiyadan saçları tökülür?

Məşhur türk müğənni Hande Yener səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib. OLAY yazır ki, ötən illərdə döş xərçəngini erkən diaqnoz sayəsində məğlub edən sənətçi "Kimyaterapiya səbəbindən saçları tökülüb" iddiasını təkzib edib. Hande Yener sosial media hesabında etdiyi paylaşımd

26 iyun
.

Kadir İnanırın həyat yoldaşı göz yaşı tökdü: "Bir gün mütləq, sevgilim..."

Türk kinosunun unudulmaz aktyoru Kadir İnanır son mənzilə yola salınır. xəbər verir ki, sənətkar üçün vida mərasimi İstanbuldakı Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilir. Mərasimdə çıxış edən Kadir İnanırın 27 illik həyat yoldaşı, aktrisa Jülide Kural göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşını

28 iyun
.

"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"

"Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək

5 iyul
.

Tək istirahəti seçdi

Türk aktyor Şükrü Özyıldız mövsümün yorğunluğunu Bodrum Gündoğanda çıxarıb. OLAY yazır ki, bir çimərlikdə tək görüntülənən aktyor gün boyu günəşin və dənizin dadını çıxarıb. Aktyorun tək istirahətə üstünlük verməsi diqqət çəkib

3 iyul
.

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd

2 iyul
.

Demet Akalın yeni iş təkliflərini dayandırdı: "Həqiqətən çox yorulmuşam"

Türkiyəli müğənni Demet Akalın səhhətini nəzərə alaraq karyerasında müvəqqəti fasilə vermək qərarına gəlib. xarici mediaya istinadla xəbər verir ki, sənətçi mövcud müqavilələrdən kənar yeni konsert və iş təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Yay mövsümü üçün nəzərdə tutulan sıx konsert qrafikini

8 iyul