Azərbaycanda taksi qiymətləri çox ucuzdur? - Ekspert RƏYİ

Azərbaycanda taksi qiymətləri çox ucuzdur? - Ekspert RƏYİHazırda bir çoxlarımız müxtəlif taksi xidmətlərindən istifadə edirik. Bizi ən çox maraqlandıran məqam isə qiymətdir. Ancaq diqqət yetirməli olduğumuz başqa nüanslar da var...

Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb. Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilən qiymətdən artıq ödəniş tələb etməsi kimi məqamlar narahatlıq doğurur.

Mövcud mənzərəni şikayətlərdən də görmək mümkündür: "Hava limanından taksi sifariş etmişəm. Proqramda 8 manat məbləğ yazılsa da, taksi gəlməmişdən zəng vurub deyir "18 manat verəcəksinizsə, yaxınlaşım".

Başqa bir şikayətçinin üzləşdiyi problem də diqqəti cəlb edir: "Sürücü mənə zəng edib bildirdi ki, müəyyənləşdirilmiş qiymət az olduğu üçün gələ bilməyəcək".

Vəziyyəti bir az da qəlizləşdirən digər bir məqam son vaxtlarda taksi şirkətlərinin proqramlarında tətbiq olunan yenilikdir. Belə ki, sürücü nə qədər uzun müddət yolda qalsa, vətəndaş bir o qədər artıq məbləğ ödəməlidir.

Göründüyü kimi, bir tərəfdə hüquqları pozulan sərnişinlər, qiymətlərdən narazı qalan sürücülər, digər tərəfdə isə bu problemlərin yaşanmasına şərait yaradan taksi xidməti şirkətləri.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Taksilərə vahid nəzarət mərkəzi yaradılsın

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı təklif edir ki, ödənişlərlə bağlı taksometr sisteminə keçmək lazımdır: "Lakin bu sahədə hansısa yenilik yoxdur. Düzdür, qanunda var, olmalıdır. Amma bunu reallaşdırmaq çox uzun prosesdir". Ekspertin sözlərinə görə, taksi fəaliyyətindəki xaosun qarşısını almaq üçün təkmilləşdirmə işləri aparılmalıdır: "Taksi şirkətlərinə, taksilərə vahid bir mərkəzdən nəzarət olunmalıdır. Bəziləri bu məsələni səhv anlayır. Vahid mərkəzdən nəzarət tamam başqa anlayışdır. Bu sistem taksi şirkətlərinin ləğvi anlamına gəlmir".

E.Muradlının qabartdığı digər məqam sürücülərin sağlamlıq məsələsi ilə bağlıdır. Bildirir ki, işə götürülən zaman sürücülərin sağlamlığı ilə bağlı qaydalara ciddi nəzarət olunmalıdır. "Köhnə qaydalar bitməli, mütərəqqi bir sistem tətbiq olunmalı və buna uyğun da işlər qurulmalıdır", – ekspert deyir.

Ucuz qiymətlər problem yaradır

E.Muradlı bütün bu problemlərin kökündə taksi qiymətlərinin çox ucuz olmasının dayandığı qənaətindədir. "Qiymət məsələsinə də baxılmalıdır. Qiymətlərin bu qədər ucuz olması arzuolunan deyil. İnsanlar üçün əlçatan olsa da, sonradan taksinin vaxtında gəlməməsi, qiymətlə bağlı narazılıq, sürücünün müştəriyə qeyri-etik davranışları kimi hallar ortaya çıxır. Müştərilər belə hallarda məhkəməyə, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə, öz haqlarını tələb edə bilərlər".

E.Muradlının sözlərinə görə, taksi şirkətləri haqsız rəqabət aparırlar, yalnız özlərinə sərf edən qərarlar qəbul edirlər: "Qiymətləri hədsiz aşağı salıb, sürücüləri də kor-koranə şəkildə işə götürürlər. Beləliklə, bu cür hallar ortaya çıxır. Hansısa faktları sübut etmək, problemlərin operativ həllinə nail olmaq üçün bir sistem, mexanizm olmalıdır, o da hazırda yoxdur".

Taksi sürücülərinin məsuliyyəti

Hüquqşünas Ceyhun Cəfərli isə taksi sürücülərinin davranışları səbəbindən pozulan müştəri hüquqlarına diqqət çəkir. Bildirir ki, taksi sürücüləri davranışlarına görə məsuliyyət daşıyırlar: "Özəl taksi xidmətlərində qiymətlər tələb-təklif, bazar qaydaları əsasında müəyyənləşir. Taksi xidməti göstərən sürücülər ilk növbədə fərqlənmə nişanı, müvafiq lisenziya almalı, onun əsasında fəaliyyət göstərməlidir. Əgər sərnişinlərə keyfiyyətsiz, aşağı səviyyəli taksi xidməti göstərirlərsə, məsuliyyət daşıyırlar. Həmçinin təhlükəsizliyə riayət etmirlərsə də, məsuliyyətə cəlb olunurlar. Avtomobil standartlara cavab verməli, istismara yararlı olmalıdır. Bəzən etik davranış qaydaları da pozulur, buna görə də məsuliyyət yaranır".

Sürücü ilə taksi xidməti göstərən şirkət arasında olan məsələ

C.Cəfərlinin sözlərinə görə, gediş məsafəsinə görə müəyyənləşdirilən qiymət məsələsində müştərilərin heç bir günahı yoxdur: "Qiymət sürücü ilə taksi xidməti göstərən şirkət arasında olan bir məsələdir və onların arasında olan əməkdaşlıq müqaviləsi ilə tənzimlənir. Hansı qaydada razılaşırlarsa, ona əməl olunmalıdır. Sürücünün müəyyən olunmuş qiymətə etiraz etmək haqqı var. Həmin şirkətdə işləmək sürücünün öz seçimidir, heç kim onu məcbur etmir. Yaranan problemlərə görə müştəri narazı qalanda artıq həmin şirkətdən istifadə etməyəcək. Yəni bu hallar şirkətin nüfuzuna da təsir edir. Nəticədə müştərilərin sayı aşağı düşəcək, gəlirlərin səviyyəsi enəcək".

Taksi sürücüləri ilə müqavilə bağlanılmır?

Hüquqşünas qeyd edir ki, sürücü ilə şirkət arasında müqavilə olanda, məsuliyyət də yaranır: "Amma şirkətlərin sürücü ilə konkret müqavilə bağladığına inanmıram. Sadəcə, sürücünün adını sistemə salır, avtomobili, nömrəsini verir və şəxslər də işə başlayır. Müqavilə mütləq şəkildə olmalıdır. Aralarında müqavilə varsa, bu zaman mülki məsuliyyət mövcuddur. Müqavilə yoxdursa, çətin məsələdir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2630   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr