Azərbaycan Ermənistanla razılığa gəlib?

Azərbaycan Ermənistanla razılığa gəlib?Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında aparılan sülh danışıqları barədə diqqətçəkən fikirlər səsləndirib. Ötən gün yerli mətbuata açıqlama verən erməni nazir bildirib ki, sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir, Ermənistan ilə Azərbaycan birbaşa olaraq məsələləri özləri müzakirə edirlər.

Sülh müqaviləsinin imzalanacağına əminliyini ifadə edən Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.

Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərlərin yayıldığı məqamda XİN başçısının bu mesajı nədən irəli gəlir? İrəvan bununla vaxt qazanmağa çalışır, yoxsa həqiqətən tezliklə sülh olacaq?

Mövzunu Modern.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Mirzoyan belə bir açıqlamanı hazırkı durumda hər iki tərəfi qane edən mətni nəzərdə tutaraq deyib. Politoloq hesab edir ki, hazırda sülh müqaviləsinin imzalanması üçün şərait var:

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərait mövcuddur. Yaxın günlərdə ABŞ Dövlət Departmentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə Amerikada görüşün keçirilməsi gözlənilir. Azərbaycan və Ermənistan arasında keçiriləcək bu görüşdə sülh müqaviləsinin mətni son variant kimi baxışdan keçirilə bilər. Eyni zamanda, bu yaxınlarda Blinkenin "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox yaxındır" deməsi həqiqəti əks etdirir".

Politoloqun fikrincə, Azərbaycanın son günlər erməni təxribatlarına təmkinlə yanaşması ABŞ-da keçiriləcək görüşlə bağlıdır:

"Ermənistana sülh müqaviləsini imzalamaması üçün təzyiq göstəriləcək. Ermənilərin son təxribatları fonunda Azərbaycanın təmkin nümayiş etdirməsinin və hələ də Qarabağın dağlıq hissəsindən keçən yük avtomobillərini vurmamasının səbəbi var. Səbəb ABŞ-da keçiriləcək görüşü, onun nəticəsinin olub-olmayacağını gözləməyimizdir. Əgər ABŞ-da keçiriləcək görüş nəticəsiz olacaqsa, bu, yeni antiterror əməliyyatına gətirib çıxaracaq. Ermənistanın Baş naziri də, xarici işlər naziri də bunu başa düşməlidir. Azərbaycan təmkinlə prosesləri qiymətləndirir. ABŞ görüşündə nəticə əldə olunmasa, Azərbaycan antiterror əməliyyatından üzüağ çıxacaq".

Zaur Məmmədov vurğulayıb ki, budəfəki mətndə Qarabağ sözü yer almayacaq:

"Biz beynəlxalq ictimaiyyət qarşısında dəlillərlə çıxış etmişik. Videokadrlarda aydın şəkildə hərbi avtomobillərin gedişi, onları kimin və ya kimlərin müşahidə etməsi ilə bağlı məlumatlar var. Amerikada keçiriləcək görüşdə hər iki ölkənin qarşılıqlı şəkildə sərhədləri, ərazi bütövlüyünü tanıması və sülh müqaviləsini imzalaması ilə bağlı mətn müzakirə olunacaq. Bu mətn bir neçə dəfə gözdən keçirilib. Burada bir məqam var. O da Qarabağla bağlıdır. Əgər əvvəlki mətnlərdə Qarabağla bağlı məsələ gələcəyə saxlanılırdısa, bu dəfə Qarabağ sözündən istifadə edilməməsindən söhbət gedir. Ermənistan bilməlidir ki, sadalanan proseslər müəyyən konvensiyalar əsasında olacaq. Tutaq ki, Almata sazişinə istinad ediləcəksə, bu, birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olması anlamına gələcək. Yəni Ermənistan mətndə Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyacaqsa, bu avtomatik olaraq Qarabağa da şamil ediləcək. Azərbaycanın istəyi məhz Qarabağ məsələsinin sözügedən mətndə olmaması, onun Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsidir. Bir sözlə, Ermənistan ikibaşlı oynaya biləcəyini düşünməsin".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2161   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr