Brilliant Dadaşova ilə danışmadı, təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı...

Brilliant Dadaşova ilə danışmadı, təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı...Sonxeber.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Lalə Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Lalə Məmmədova 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası professor, anası isə orta məktəb müəlliməsi olub. Ailədə beş bacı olublar. Lalənin atası muğamları çox sevib. O, hər dəfə muğamata qulaq asanda, Lalə də onunla birgə dinləyirmiş. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutur.

***

Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə gedib. 8 yaşında qəzetlərin birində Bülbül adına musiqi məktəbinə uşaqların qəbulu haqqında elan oxuyur. Lalə ailəsindən ehtiyat edərək musiqi üzrə təhsil almaq istəyini ailəvi dostları olan Kifayət Gəncəliyə deyir. Kifayət xanım Lalənin valideynləri ilə danışandan sonra Lalə Bülbül adına musiqi məktəbinə gedir.

İmtahanda onu dinləyənlər arasında Şövkət Ələkbərova da olur. Lalə muğam sinfinə daxil olur. Şövkət Ələkbərova Laləni dinləyəndən sonra ona deyir ki, səsin yaxşı səsin var, amma hələ çiydir. İmkan olanda, mənim dərslərimə gəl. İki ay Lalə Şövkət xanımın dərslərinə gedir, ancaq sonra orta məktəb dərslərində gerilədiyi üçün valideynləri onu yenidən təhsil aldığı 172 saylı orta məktəbə qaytarırlar.

***

Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olur. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkir. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayır.

2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burda Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il Sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Lalə Məmmədova "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülür.

***

2012-ci il Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur.

Ona ən böyük uğuru isə "Məktəb illəri" mahnısı gətirir. Bu mahnı Lalənin vizit kartı hesab olunur. Bu günə qədər də məktəblərin ilk tədris ilində və "Son zəng" lərdə bu mahnı ifa olunur.

***

Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adını alıb.

***

Estrada müğənnilərindən Flora Kərimovadan sonra Lalə Məmmədova Opera teatrında Leyli obrazını canlandıran ilk müğənni olub.

Müğənni həmkarı Samirə Allahverdiyeva ilə bilinməyən səbəblərdən iki ildən çox küsülü olub, amma hər iki musiqiçi bunu mediaya sızdırmayıblar. Hətta eyni verilişlərə, konsertlərə birgə çıxıblar, ancaq bir-birlərini danışdırmayıblar.

***

Müğənninin anası onu heç vaxt dinləməyib. Hətta bəzən başqa müğənnilərlə qızının səsini səhv salırmış. Lalənin atası isə uzun illərdir alzheimer xəstəliyindən əziyyət çəkir. Bu barədə Lalə xanım müsahibələrinin birində deyir:

"Əvvəllər yaddaşı gedib gəlirdi. Sonra daha da kəskinləşdi. İndi mənim üçün çox ağrılıdır ki, sevdiyim bir insan məni tanımır. Mən valideynlərimlə bir evdə yaşayıram. Onların bütün yükü mənim üzərimdədir. Bəzən atam gecələr oyanır, mən onu ayaq səslərindən tanıyıram. Bilirəm ki, odur oyanan. Hərdən o, unudub öz otağına yox, başqa otaqlara girir. Anam da, mən də elə bilirik ki, bizim bir övladımız var. Onun ardınca gəzirik. Onun öz iş otağına girib rəfdəki kitabları dərk edə bilməməsi çox ağırdı. Halbuki o kitabların arasında atamın öz yazdığı kitablar da var. Bircə Sara Qədimovanın musiqilərini dinləyəndə başını yelləməyindən bilirəm ki, onun musiqilərini xatırlayır".

Müğənni ilkin tələbəlik illərində təhsil haqqını ödəyə bilmədiyi üçün toya getməyə məcbur olur. O, bacısı ilə birgə toylara gedir, ailəsinin çətin günündə onlara dəstək olur. Anası buna qəti etiraz edir, mən səni bunun üçün böyütməmişdim deyir. Ancaq Lalənin atası onun yanında olur.

***

Lalənin həyat yoldaşı onların otuz illik ailə dostlarının oğlu olur. Lalə onunla bir həftə telefonla danışandan sonra görüşməyə razılıq verir. Bir müddət sonra onlar ailə qurur. Müğənninin iki qız övladı dünyaya gəlir.

Lalə xanım "Çağdaş ədəbiyyatımızda Füzuli təsirinin əlaqəsi" adı ilə elmi iş müdafiə edib. Milli Konservatoriyada İngilis dilindən dərs deyib.

***

Bir müddət sonra Lalə Məmmədova həyat yoldaşı ilə yollarını ayırır. Bu barədə müsahibələrinin birində deyir:

"Mənim qızım hələ bizim onun atası ilə ayrılıq səbəbini bilmir. Böyüyəndə onu başa salacam. Mən ataları ilə görüşə qadağa qoymamışam, amma qarşı tərəf maraqlı deyil bu məsələdə. O, övladlarını dolandırmaq üçün aliment verməlidir, amma vermir. Əksinə efirlərə çıxıb danışır. Düşünmür ki, sabah onun qızlarına elçi gələcək".

Boşanmadan sonra isə müğənni haqqında ən çox yayılan şayiələrdən biri onun gizli eşqinin olması və bunu hamıdan gizlətməsi olub. Bu haqda o, özü deyir:

"Özəl şeylərdir. Arada olur elə paylaşımlar. Bu mənim özəl həyatımın bir hissəsidir. Arada hekayə bölümündə müəyyən bir qığılcımlar olanda paylaşıram. Şükürlər olsun ki, hər şey gözəldir. Gözmuncuğum olsaydı, yanında düzərdim".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 13210   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021