Dost Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər

Dost Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlərAzərbaycan Prezidenti İlham Əliyevin aprel ayının 5-də Tacikistana dövlət səfəri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın bir tərkib hissəsidir. Çünki Azərbaycanın Qırğızıstan, Özbəkistan və Qazaxıstanla əlaqələri yüksək səviyyədədir. Tacikistan Mərkəzi Asiyanın iqtisadi cəhətdən zəif ölkəsi olsa da, yerləşdiyi coğrafi mövqe və faydalı qazıntılar baxımından zəngindir. Ona görə də Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Uzun müddət hər iki ölkə Sovetlər İittifaqı tərkibində olublar və onların həm beynəlxalq müstəvidə, həm də digər regional təşkilatlar səviyyəsində bir-birlərinə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Burada Azərbaycan investisiyalar yatıra və böyük gəlirlər götürə bilər. Həmçinin, Tacikistan MDB məkanında, KTMT-də Azərbaycana dəstək olur. Bu gün Tacikistan və Azərbaycan arasında əlaqələr normaldır. Tərəflər münasibətlərin daha da inkişafı üçün müqavilələr imzalayır.
Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar.
Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də siyasətimizin çox yaddaqalan mərhələsi sayılmalıdır. Xüsusən son dövrlər İranın mədəni irsimizlə, bu çərçivədə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı ilə bağlı saxtakar iddiaları fonunda elam-ari, aysor-suryani qarışığı İrandan fərqli olaraq zəngin fars ədəbi-mədəni irsinin əsl sahibləri olan tacik toplumundan Azərbaycanın haqq mövqeyinə dəstək Tehrana gözləmədiyi yerdən zərbə oldu. Prezident Emoməli Rəhmonun Azərbaycanın böyük oğlu Nizami Gəncəvini "xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin" kökündə dayanan amillərdən olduğunu bəyan etməsi, hər bir tacikin evində Nizamiyə bəslənən dərin hörmətdən bəhs olunması indiki həssas məqamda Azərbaycanın haqqa əsaslanan mövqeyinə ciddi siyasi dəstək oldu. Prezident İlham Əliyevin isə "dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş" Nizamiyə farsdilli Tacikistanda ehtiram bəslənməsindən razılığını ifadə etməsi 30 il Qarabağ və Şərqi Zəngəzuru talan etdiyi kimi mədəni nümunələrimizi də oğurlamağa çalışan irs oğrusu İranın çirkin iddialarına son nöqtəni qoydu.

Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1035   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr