İran şiəliyi belə parçaladı: Molla rejimi Azərbaycanın 464 şəhər və kəndində 43 milyon dolları nəyə xərcləyib?

İran şiəliyi belə parçaladı: Molla rejimi Azərbaycanın 464 şəhər və kəndində 43 milyon dolları nəyə xərcləyib?"Radiofərda"("Azadlıq" radiosunun fars xidməti) və "Al-arabiya"-da Azərbaycan və İran şiəliyinin fərqinə həsr olunmuş yazılar dərc olunub. Yazılardan biri "Əli (Xamenei) Əliyevə qarşı", digəri "Milli şiəlik kosmopolit şiəliyə qarşı" adlanır. Yazılarda İranın həyata keçirdiyi "islam inqilabı ixracı" konsepsiyasının bütün dünyada şiəliyin parçlanmasına təsirindən bəhs olunur. Qeyd olunur ki, Şərqdə Səfəvi və Osmanlı dövründən bəri davam edən sünni-şiə qarşıdurması yenilik deyil. Amma keçmiş Sovet İttifaqının dağılmasından və şiə çoxluğa malik Azərbaycan Respublikası adlı başqa bir ölkənin yaranmasından sonra şiə dünyası daxilində qarşıdurma, rəqabət və hətta düşmənçilik yeni bir hadisədir.

Adətən, Tehran-Bakı münasibətlərində gərginliyin səbəblərindən danışanda qeyd olunur ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğunu çoxsaylı azəri icması olan İran özü üçün ekzistensial təhdid olaraq görür. Bu məqalədə isə İranın Azərbaycanı özünə ekzistensial təhdid kimi görməsinin daha bir səbəbi göstərilir: siyasi şiəliyin hakim olduğu İran şiə dünyası üçün alternativ təqdim edən - dünyəvi siyasi sistemi, lakin əhalisinin əksəriyyəti şiə olan Azərbaycanı qəbul edə bilmir. Bu da Bakı və Tehran arasında gərgin münasibətlərin əsas səbəbidir.

Müəllif qeyd edir ki, şiələr arasında bu daxili çəkişmə İraqda Səddam Hüseynin devrilməsi və Bağdadda yeni şiə hökumətinin hakimiyyətə gəlməsi ilə daha da vüsət aldı. İranın İraqda dəstəklədiyi şiə qrupları ilə Sədr hərəkatı arasında fikir ayrılıqları səbəbindən hökumətin devrilməsi dünya şiələrinin Tehranın hökmranlığına qarşı çıxmasına parlaq nümunə idi.

Xatırladılır ki, indi Livanın şiə bölgələrində də İslam Respublikasının dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına qarşı səslər getdikcə ucalır. Əgər əvvəllər şiə etiraz hərəkatları şiə dünyasını birləşdirmək arzusunda idisə, indi bu hərəkatlar əks istiqamətdə gedir və millətçi şüarlar səsləndirirlər. İran 20-ci əsrin sonlarında regionda ən böyük şiə dövləti kimi formalaşıb əvvəlcə şiə hərəkatlarının hərəkətverici qüvvəsinə çevrilsə də, "inqilab ixracı" siyasəti tədricən onun şiə dünyasında birlik əleyhdarı kimi qəbul olunmasına gətirib çıxardı.

Azərbaycan- İran münasibətlərinə gəlincə, Rafiq Tağının qətlinin sifariş edilməsi yada salınır, deyilir ki, deputat Fazil Mustafaya sui-qəsdlə bağlı əlaqələr kəskinləşib. 1991-ci ilin avqustunda Azərbaycan Respublikası sovet rejimindən müstəqilliyini elan edəndən bəri Bakı ilə Tehran arasında münasibətlər həmişə düşmənçilik xarakteri daşımasa da, heç vaxt dost xarakterində də olmayıb. Müəllifə görə, Sovet İttifaqının dağılması bir vaxtlar eyni tarixi bölüşmüş iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilərdi, lakin Tehran rejiminin ideoloji mövqeyi Bakıda narahatlıq üçün əsaslar yaradırdı.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra ilk aylarda birinci prezident Ayaz Mütəllibovun hökumətini tanıyanda, Tehranda belə bir ümid var idi ki, bu yeni müstəqil respublika da tez bir zamanda şiə inqilabı prinsiplərini mənimsəyəcək. Dini lider Əli Xamenei İranın Azərbaycan kimi ölkələrlə "mənəvi" bağlılığını vurğulasa da, elə ilk günlərdən nəzərlərini hökumətə deyil, daha çox Azərbaycan şiələrinə dikib.

İslam rejimi məktəb dərsliklərinə "Azərbaycanın İslam dövləti olması, burda azan verilməsi, məscidlər olmasını vurğulayan mətn də əlavə edib. Əslində Tehran hökuməti İran xalqı arasında belə bir fikir yaratmağa çalışırdı ki, Bakı "İranın digər şəhərləri kimi" oxşar mədəniyyət və dinə malikdir.

"Amma 1992-ci ilin yayından Azərbaycanda prezident seçkilərində Əbülfəz Elçibəyin qalib gəldiyi vaxtdan Tehranla Bakının münasibətləri pisləşdi. Elçibəy Azərbaycanın kommunist olmayan ilk prezidenti, Türkiyə dünyəviliyinə heyran olan və Ankaraya yaxın millətçi idi. Elçibəydən sonra hakimiyyətə gəlmiş Heydər Əliyev dövründə iki ölkə Xəzərin hüquqi statusu kimi məsələlərdə həmişə bir-biri ilə zidd mövqelərdə olsa da, "vahid Azərbaycan" tələbləri rəsmi səviyyədə səslənmirdi. Bakı istəmirdi ki, Tehran hakimiyyəti cavab olaraq ona qarşı şiəlikdən siyasi alət kimi istifadə etsin".

Yada salınır ki, Heydər Əliyev dövründə Azərbaycanda milli rəmzlərin möhkəmləndirilməsinə, eyni zamanda dini rəmzlərin və ziyarətgahların dirçəldilməsinə cəhdlər edilib. Bu, həm də şiəliyi İranın təsirindən çıxarmaq, milliləşdirmək cəhdi idi. Xatırladılır ki, "milli şiəlik" fenomenini digər ölkələrdə, xüsusən də İraq və Livandakı "ərəb şiəliyi"ndə də müşahidə etmək olar. Lakin Tehran milliliyi rədd etməkdə və "İslam beynəlmiləlçiliyi"nə bağlılıqda sünni qruplaşmalarından fərqlənmir.

Bildirilir ki, Heydər Əliyevin mülayim davranışına baxmayaraq, islamist rejim Azərbaycan şiələri arasında xüsusi iş aparmaq siyasətindən qətiyyən əl çəkmədi. İslamist rejim son onilliklərdə ekstremist islamçıların ciddi təsirə malik olduğu və hökumətə qarşı etirazların qeydə alındığı ərazilərə, məsələn, Bakı yaxınlığındakı Nardarana sərmayə qoymağa və Əliyev hakimiyyətinə qarşı bu etirazlardan yararlanmağa çalışıb. İranda "Nardaran şəhidlərinin" anım mərasimi də keçirilir.

Müəllif yazır ki, Azərbaycan əhalisinin əksəriyyətinin şiə olmasına rəğmən, çoxkonfessiyalı və multikultural ölkədir, lakin Tehran Azərbaycan Respublikasının radikal şiələri vasitəsilə öz ssenarisini həyata keçirmək niyyətindədir. Necə ki, Livan, İraq və Yəməndə buna can atır. İslam Respublikası Qafqaz müsəlmanlarının dini liderini tanımır, əksinə, Bəsrə körfəzinin ərəb ölkələrində etdiyi kimi, şiə müxalifəti formalaşdırmağa çalışır. Məsələn, İran hökuməti "Hüseyniyyun" şiə qruplaşması yaradıb, Tövhid İbrahimbəyli kimi əlaltılarını Azərbaycanın "İslam müqaviməti"nin liderləri kimi təqdim edir.

İddia olunur ki, əcnəbi din xadimlərinin hazırlanmasında ixtisaslaşan Əl-Mustafa Əl-Aləmiyyə Universiteti Azərbaycana inqilab ixracı ilə bağlı işlərdə mühüm rol oynayır. "İran ruhani seminariyaları və SEPAH, xüsusən də Qasim Süleymaninin komandanlığı dövründə "Qüds" korpusu Azərbaycana nüfuz etmək ambisiyalarına malik idi" . İslam rejiminin dəstəklədiyi Azərbaycan şiələrindən Orxan Məhəmmədov SEPAH Qüds Qüvvələri ilə əlaqəli olduqlarını etiraf edir.

Yeri gəlmişkən başqa bir yazıda ("İranwire" saytı) isə məlumat verilir ki, İslam rejiminə bağlı təsisatlar Azərbaycanda şiə geosiyasi alətləri kimi fəaliyyət göstərib. Çoxlu sayda tələbələrin İranda təhsili, Azərbaycanda dini mərasimlərin keçirilməsi, azərbaycandilli saytlar maliyyələşdirilib . 2011-ci ildə fəaliyyəti dayandırılan İmdad Xomeyni Komitəsi Azərbaycanın 464 şəhər və kəndidə iş aparmış, 20 illik fəaliyyəti müddətində 43 milyon dollar vəsait xərcləmişdi.

"Radiofərda" qeyd edir ki, Qərbə və İsrailə yaxınlaşma Bakının xomeynist rejimin şiə dünyasında hegemonluğuna qarşı müdafiə diplomatiyasından irəli gəlir. Məsələ "Azərbaycan dünyəvi şiəliyi" ilə "İran məzhəb şiəliyi" arasındakı intellektual fərqlərlə bitməyib, əksinə, bu münaqişənin iki tərəfindən biri İsraillə ittifaq yaradıb. Bakının bu münasibətlərin üçüncü tərəflərə qarşı yönəlmədiyi haqda bəyanatları Tehranı qətiyyən sakitləşdirmir , xüsusən də Azərbaycan Respublikası ilə İsrail arasında hərbi əməkdaşlıq, təhlükəsizlik və iqtisadi əməkdaşlıq strateji xarakter aldığından. İran hesab edir ki, bölgədəki əzəli rəqibi onun Şimal-Qərb sərhədlərindən axan Araz çayının o biri sahilində yerləşməyə başlayıb.

Müəllifə görə, Azərbaycanın daxili siyasətinə İslam rejimin amansız müdaxiləsi o deməkdir ki, Əliyev hakimiyyətinin istənilən siyasi açılıma getməsi siyasi islamçılığın yayılması və onun ağır nəticələrinin ölümcül riski ilə müşayiət olunardı: "Hazırda İranda və ya Əfqanıstanda müşahidə olunana bənzər bir islami rejimin qurulması Azərbaycan Respublikasında da vətəndaş azadlıqlarını oralarda olduğu kimi məhv demək olardı".

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2313   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətil

16 mart
.

Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub. xəbər verir ki, bununla bağlı REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində "Milli namus məsələsi" sənədli filmi təqdim olunub. Sənədl

23 mart
.

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 105 xarici vətəndaşı ölkədən deportasiya edib. xəbər verir ki, bu barədə DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, Türkiyə, Hindistan, Çin, Rusiya

24 mart
.

Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəlidir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə səfər etdi. Səfər tərəflər arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında Prezidentlər regional vəziyyət, sülh prosesi, enerj

13 mart
.

İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımda

26 mart
.

XIII Qlobal Bakı Forumu - Qlobal müzakirə platformasıdır

Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizd

12 mart
.

"XIII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir" - DEPUTAT

"Dünya siyasətində transformasiya proseslərinin sürətləndiyi bir dövrdə keçirilən XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformalardan biridir"- bunu -a açıqlama verən deputat Şahin Seyidzadə deyib: . "Forum çərçivəsində dünyanın müxtəlif ölkələrində

13 mart
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli həmvətənlər!. Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəci

19 mart
.

"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA

Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil

13 mart