"Həsən Seyidbəyliyə Rasim Balayevi "Nəsimi" filminə çəkdiyinə görə çox təzyiqlər oldu..."

"Həsən Seyidbəyliyə Rasim Balayevi "Nəsimi" filminə çəkdiyinə görə çox təzyiqlər oldu...""Həsən Seyidbəyliyə Rasim Balayevi "Nəsimi" filminə çəkdiyinə görə çox təzyiqlər oldu..."

"Kinostudiyanın həyətində mənə yaxınlaşan kişiyə dedim ki, burada cavanlığımı itirmişəm"

"Dünya kinosunda Azərbaycan öncüllər sırasında deyil. Amma bir mövzuda bəlkə də ilk onluqa düşür. Maarifçilikdə, əxlaqda, tarixə və soykökə münasibətdə. Ona görə də bizim filmlərimizdəki dialoqlar zərb məsəl olub. Azərbaycan xalqı kinonu olmuş hadisə kimi qəbul edir. Azərbaycan kinosu durur, yaşayır. Gözəl filmlərimiz var, çəkilir də. Bir az gözləmək lazımdır ki, görək nə olacaq?! Serialları axır vaxtlar tərifləyirəm. Bilirsiniz niyə? Onlar kinonu ölməyə qoymur. Kinonu öyrənmək lazımdır. Kinoya indi xeyli gənc kadrlar gəlir. Gələnlər də gərək özlərindən əvvəlki sənətkarlardan öyrənsinlər də. İndi də deyirlər ki, gənclərə yol verin. Yaşlı nəslin savadından, tövsiyyələrindən istifadə olunmalıdır. Rejissorun cavanı, qocası yoxdur. Rejissor beyni ilə işləyir. Mənim dostlarım gənclərdir".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elxan Qasımov deyib.

"Rasim Balayev əgər o vaxt çəkilməsəydi, o boyda dahi aktyor nə vaxt olacaqdı? Həsən Seyidbəyliyə bilirsinizmi nə qədər təzyiqlər oldu? Deyirdilər ki, "bu cavan oğlana Nəsimi obrazını vermək olmaz". Deyirdilər ki, təcrübəli aktyorlara rol vermək lazımdır. Aktyor gərək çəkilsin ki, tanınsın da. Deyirlər ki, sən istedadlıya kömək ol, istedadsız onsuz da özünə yer tapacaq. Universitetdə bir müəllim var idi, deyirdi ki, "siz pis oxuyan tələbə yoldaşlarınıza kömək edin ki, onlar bir azdan sizin rəhbəriniz olanda sizə iş versin". O vaxt kinostudiyada bir az ssenari hazır olmadı, "Bəyin oğurlanması" filmini Vaqiflə Ceyhun tez-tələsik hazırlayıb təhvil verdilər. Bu film ən yaxşı filmlərdən biri oldu. Xalq da, kino da qəbul etdi. Kinostudiyanın ərazisini başqaları alanda çox qısqanırdım. Böyük həyəti o yan, bu yan gəzirdim. Bir kişi yaxınlaşıb dedi ki, "ay qardaş, sən səhərdən burada nə axtarırsan?". Dedim ki, "gəl bura deyim, amma heç kimə demə, mən 1967-ci il burada cavanlığımı itirmişəm" deyə sənətkar bildirib.

Sənətkar illər sonra "Əhməd haradadır?" filmi ilə bağlı da etiraf edib.

"Filmin operatoru Yuli Fogelman Əhməd roluna milliyətcə yəhudi aktyor İqor Kvaşanı təklif etsə də, Adil İsgəndərov razılaşmayıb. Operator məni bu rola çəkmək istəmirdi. Fogelmanın xanımı "Elxanın dodaqları çox qalındır, rola yaramır" deyib. Operator da bunu Adil müəllimə pıçıldayıb. Adil müəllim də deyib ki, "qada, Elxan Qasımovu sənin arvadın üçün seçmirik e, rola seçirik" deyib. Bəzi səhnələrdə tryukları özüm həyata keçirmişəm. Rəqslə məşğul olduğum üçün bu səhnələrdə çətinlik çəkməmişəm" deyə sənətkar bildirib.

Əməkdar artist illər öncə rejissoru olduğu "Biz qayıdacağıq" filmindən də danışıb.

"Müharibə illərində "Biz qayıdacağıq" filminə görə 6 kanal məni birdən dəvət etdi. O vaxt bu filmin adını qoyanda mübahisələr olub ki, bu bədii film yox, sənədli film adıdır. Mən inanırdım ki, biz qayıdacağıq. İnam olmasaydı bu filmi çəkə bilməzdim. Çox çətin dövr idi. Ondan bir il öncə başıma məlum faciələr gəldi. Bir az özümə gəlib, hissələrlə bu filmi çəkdim. Xalq da, tamaşaçılar da qəbul etdi. Çox sevinirəm ki, az da olsa töhfəm oldu" deyə sənətkar bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1531   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr