"Rövşanə səsini kəssin, otursun yerində!"
Əməkdar artist İlkin Əhmədov onu efirə buraxmayan Rövşanə Bektaşini sərt tənqid edib.
O, OLAY-a özəl açıqlamasında bu fikirləri səsləndirib:
"Buraxmadı da, neyləyim? Bir az gecikmişdim. Məni verilişə saat 09:00-da çağırmışdılar. Səhər tezdən tıxac olduğu üçün verilişə 25 dəqiqə gecikdim. Dedi ki, efirə buraxmıram. Mən də sakitcə dedim ki, lap yaxşı. O, qadındır da, danışsın. Mən ona nə deyəcəyəm? Xalqın adından danışmasın. Özünə qarşı bunu hörmətsizlik hesab edə bilər. Bəlkə də hörmətsiz bir insandır. Amma xalqın adından, ümumi olaraq televiziyanın adından danışmağa haqqı, cəsarəti yoxdur. Qadın olmasaydı, onunla başqa bir istiqamət götürərdim və cavabını da yaxşı alardı. Sadəcə başından böyük danışmasın ki, İlkin xalqa, dövlətə hörmətsizlik edir. Səsini kəssin, otursun yerində!
Mənə deyiblər saat 09:00-da verilişə girirsən. Əslində, getmək istəmirdim. Sonra dedim ki, əşi, yox, hörmətsizlik olmasın. Birinci saat 08:00 dedilər, dedim, yox, qeyri-mümkündür. Gecikə bilərəm, səhvimdir, günahımdır. Neyləyə bilərəm? Onun efirdən istifadə edərək başından böyük danışması düzgün deyil. Bunun cavabını çox pis verə bilərsən. Bu ölkə, televiziya yiyəsiz deyil! Televiziyada ağzına gələni danışırsan. Mən deməmişəm ki, gəlmirəm, yaxud gəlməmişəm. Bəli, gecikmişəm. Bunu əldə tutub, bundan istifadə edib, başından böyük qələt etmək düzgündür? Belə səhv etmək olar? Mən asılmalıyam, ya güllələnməliyəm? Yoxsa, həbs edilməliyəm? Nə qədər bəzi efirlər gülüncdür. Nə qədər səhv etdim ki, onlara söz verdim! Söhbət kanaldan getmir, mənim onun verilişinə getməyim artıqdır. Başından böyük danışmasın. Çox baş qoşmuram, daha da irəli getsə, hüquqi şəkildə onun dərsini verdirəcəyəm. Çox şükür ki, dövlətimiz var, onun əlindəki səlahiyyəti əlindən alınar, oturdular yerində".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml
26 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr"Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25 oktyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabr