Əməkhaqqı cins fərqinə görə ödənilir?

Əməkhaqqı cins fərqinə görə ödənilir?Dünya üzrə qadınlar kişilərlə müqayisədə iki dəfə az əməkhaqqı alırlar. Bu hal inkişaf etməkdə olan ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verir. Ekspertlərin qənaətincə, Azərbaycanda da bu hal müşahidə edilir. Lakin əvvəlki illərlə müqayisədə xeyli irəliləyişlər də var.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:

Beynəlxalq Əmək Təşkilatı dünyada qadın və kişilərin məşğulluğu, aldıqları əməkhaqqı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabata əsasən, dünyada əmək qabiliyyətli qadınların 15 faizi, kişilərin isə 10,5 faizi işsizdir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəmlər müvafiq olaraq 24,9 və 16,6 faiz təşkil edib. Həmçinin qlobal miqyasda kişilərin əməkhaqqından qazandığı hər 1 dollarla müqayisədə qadınlar 51 sent qazanır.

Dünyada 80, Azərbaycanda 63 faiz

Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Qadınlarla kişilərin orta aylıq əməkhaqqı nominalında nə qədər fərq mövcuddur?

Sözügedən məsələ ilə bağlı bir müddət əvvəl mövcud vəziyyəti açıqlayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu gün dünyada təxminən eyni vəzifədə çalışan bir qadının aldığı əməkhaqqı, kişinin əməkhaqqının 80 faizini təşkil edir. Azərbaycanda isə bu göstərici cəmi 63 faizdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda dinamik, inklüziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Həmin strategiyaya əsasən, 2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbətinin minimum 80 faizə çatdırılması nəzərdə tutulub.

"Qanunvericilikdə belə bir tələb yoxdur"

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycanda cinsə görə ayrı-seçkilik yoxdur. Yəni qanunvericilikdə belə bir tələb mövcud deyil:

"Bizim qanunvericiliyə əsasən, qadınlar və kişilər bütün məsələlərdə bərabərhüquqludurlar. Bu, əməkhaqqı məsələsində də belədir. Yəni əməkhaqqı cins fərqinə görə ödənilmir. Bəlkə dünyanın hansısa ölkəsində belə bir vəziyyət var. Əlbəttə ki, düzgün yanaşma deyil".

Cinsə görə fərq qoymaq məsuliyyət yaradır

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, yerli qanunvericiliyə, həm də tərəfdaş çıxdığımız beynəlxalq normalara görə "bərabər əməyə görə bərabər ödəniş sistemi" tətbiq edilir. Yəni bir şəxs hansısa peşə, ixtisas, sahə üzrə işləyirsə, burada cinsə görə fərq qoymaq qadağandır:

"Bu, məsuliyyət yaradır. Amma ümumi götürüləndə qadınlarla kişilərin əməkhaqqı arasında fərqlər mövcuddur. Çünki kişilər daha yüksək əməkhaqqı ödənilən sahələrdə işləyirlər. Məsələn, deyək ki, maşınqayırma, tikinti, emal sənayesi, hasilat sənayesi. Bu sahələrdə işləyənlərin əksəriyyəti kişilərdir və burada əməkhaqqı daha yüksəkdir. Amma qadınlar harada işləyir? Sovet dövründə qadınlar fabriklərdə işləyirdilər və bu sahə yüngül sənaye sayılırdı. İndi isə daha çox büdcə təşkilatlarında çalışırlar. Məsələn, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin 70-80 faizi qadınlardır. Yuxarıda qeyd etdiyim kimi, kişilərin işlədiyi sektora nisbətən bu sahələrdə çalışan qadınların əməkhaqqı azdır. Yaxud qadınlar aqrar sektorda işləyirlər ki, burada da əməkhaqqı kifayət qədər aşağıdır. Ona görə də belə bir fərq yaranır. Yəni əsas səbəb bundan ibarətdir ki, qadınların işlədiyi sahələrdə əməkhaqqı kişilərin işlədiyi sahələrə nisbətən daha aşağıdır".

"Azərbaycanda belə addımlar atılmır"

S.Məmmədov qeyd edib ki, dünyanın hər yerində vəziyyət belədir və buna təbii baxmaq lazımdır:

"İstənilən inkişaf etmiş dövləti misal gətirə bilərik. Orada neft platformalarında kimlər işləyir? Əsasən kişilər. Ən ağır işlərdə yenə kişilər işləyir. Düzdür, bəzi ölkələr bunu balanslaşdırmaq üçün müəyyən tədbirlər görürlər, qadınların əməkhaqqının artırılması üçün hansısa vergi güzəştləri tətbiq edilir. Misal üçün, yüngül sənaye sahəsində qadınlar çox işləyirlər. Belə sahələrdə vergi yükünü azaldırlar və onu məqsədli şəkildə qadınların əməkhaqqına yönəldirlər. Belə tədbirləri çox az dövlətlər edir. Azərbaycanda isə belə addımlar atılmır və gözlənilmir".

Kişilərin karyera yüksəlişi daha asandır

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, Azərbaycanda əmək hüquqlarına görə əməkhaqqı məsələsində cinsə görə fərqlər yoxdur:

"Amma ola bilər ki, özəl sektorda bu hal baş versin. Belə fərqlər qeyri-hökumət təşkilatlarında da yoxdur. Müəyyən edilmiş standartlar və iş gününə görə əməkhaqqı verilir. Dünyanın bir çox yerində fərqlər var, o cümlədən əvvəllər Azərbaycanda belə bir yanaşma var idi. Amma qanunvericilik kifayət qədər bunun qarşısını aldı. Ola bilər ki, hansısa iş yerində vəzifə pilləsində bacarıq və qabiliyyətinə görə kişiyə üstünlük verilir, amma qadın kənarda qalır. Bunu hesaba alsaq görə bilərik ki, qadınlar kişilərdən az əməkhaqqı alırlar. Baxmayaraq ki, eyni formada qadın da əmək sərf edir. Lakin qadının karyera pilləsində irəliləməsi kişiyə nisbətdə daha aşağı səviyyədə gedir. Bu da onun əməkhaqqına öz təsirini göstərir. O ki qaldı özəl sektora, bu sahə də qanunvericiliklə tənzimlənir. Bir sıra hallarda hansısa özəl şirkət öz standartlarını müəyyən edir. Əgər qadın əməyinin müqabilində kişilərlə müqayisədə aşağı səviyyədə ödəniş edildiyini görürsə, məhkəməyə müraciət etməlidir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2431   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr