Azərbaycanda "qız və oğlan" əkizlər dünyaya gəlməyib

Azərbaycanda "qız və oğlan" əkizlər dünyaya gəlməyib"Son illər Azərbaycanda doğulan əkizlərin sayı artır. Azərbaycanda 2013-cü ildə 1215, 2014-cü ildə 1286, 2015-ci ildə 1574 çoxdöllü doğuş qeydə alınıb".

Bunu APA-ya Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, bir yumurtadan olan hamiləlik zamanı adətən eyni cinsdən (2 qız və ya 2 oğlan) olan əkizlər dünyaya gəlir və onlar görünüşünə görə bir-birinə oxşayırlar. Ananın iki yumurtasından olan hamiləlik nəticəsində fərqli cinsdən (qız və oğlan) əkizlərin doğulmasının mümkünlüyünü qeyd edən S.Məmmədova əlavə edib ki, bu əkizlər bir-birinə oxşamır, rəngləri, görünüşləri fərqli olur: "Lakin bir yumurtadan fərqli cinsdən olan əkizlərin (qız və oğlan) doğulması nadir hadisələrdən biridir. Həmin əkizlərin bir yumurtanın tam bərabər payı nəticəsində əmələ gəlir və əl izləri, üz cizgiləri tam olaraq bir-birini tamamlayır. Məsələn, birinin üzündə xal sol tərəfdədirsə, digər əkizdə sağ tərəfdə olur. Bir yumurtadan olan fərqli cinsli əkizlərə (qız və oğlan) "kral əkizlər" deyilir. Bu günə kimi Azərbaycanda "kral əkizlər" dünyaya gəlməyib".

Komissiya sədri vurğulayıb ki, əkizlər qaradərili insanlarda daha çox qeydə alınır və hər 22 doğuşun biri əkiz uşaqla nəticələnir. O, əkizlərin sayına görə Nigeriyanın birinci yeri tutduğunu deyib: "ABŞ-da hər 60 qaradərili qadından birinin əkiz uşağı olur. Avropada hər 69-dan uşaqdan biri əkiz doğulur. Əkiz uşaqların doğulması hadisəsinə Asiya, Yaponiya, Çində nadir hallarda rast gəlinir. Asiyada hər 125 doğuşdan biri, Yaponiyada hər 150 doğuşdan biri, Çində 250 doğuşdan biri əkizdir".

Dünyada əkizlərlə bağlı qeydə alınan maraqlı hadisələrə gəlincə, S. Məmmədova bildirib ki, 1925-1965-ci ildə Rusiyada Fyodr Vasilyevin ikinci arvadı 16 əkiz, 7 üçəm, 4 dördəm doğub. Ola bilsin ki, onun hormonal fonunda baş verən dəyişiklik səbəbindən bu nəticələr olub. Ginnesin Rekordlar Kitabına düşən argentinalı Espinoza 9 dəfə üçəm, 11 dəfə əkiz, 1 dəfə isə səkkizəm dünyaya gətirib. Səkkizəmlər qalmayıb, hamısı tələf olub. Conas Meri adlı qadın 15 dəfə uşaq dünyaya gətirib və hər dəfə əkiz doğub. 1998-ci ildə Hyuston şəhərində Nigeriyadan qaçqın gələn ailə səkkizəm doğub. Onların nəslində əkiz halı olub. Amerikaya köçərək həyat tərzlərini dəyişməsinə baxmayaraq, səkkizəm dünyaya gətirib, amma uşaqların hamısı ölüb. 1971-ci ildə Sidneydə 19 yaşlı gənc ana Boderik doqquzəm doğub. Onların 7-si diri, 2-si ölü doğulub. Sonradan həmin uşaqlardan 3-ü sağ qalıb. Bu gün dünyada 80 milyon əkiz var. Dünyada tanınmış, beynəlxalq əkizlər paytaxtı Braziliyanın Kandidu-Qadoy şəhəridir. Oranın əhalinin 80 faizi əkizdir".

Komissiya sədri vurğulayıb ki, əkizlər aləmi ilə qemellologiya elmi məşğul olur. Əkizlər ətrafda heç kəsin başa düşmədiyi dildə danışırlar ki, buna da kriptofaziya deyilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3874   Tarix: 21 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlə

19 dekabr
.

200 manat xərcləməyə gərək yoxdur, 10 qəpiklik əşya da həmin işi görür - VİDEO

Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə ya yanır, ya da dadı dəyişir. xəbər verir ki, mikrodalğalı sobada isinən zaman yeməyin dadı dəyişmir. Bu sobalar hər kəsin evində olmadığı üçün bəzi şəxslər dolma kimi yeməkləri isitməkdə çətinlik çəkirlər. Bu məqamda aşağıdakı videod

21 dekabr
.

Qəzanı fürsətə çevirdi! Partlayan borunun suyu ilə maşınını yuyan sürücü gündəm olub - VİDEO

Tekirdağın Çerkezköy rayonunda hələlik naməlum səbəbdən su borusu partlayıb. az türk mediasına istinadən xəbər verir ki, partlayışdan sonra yola güclü şəkildə su axmağa başlayıb, ərazi qısa müddətdə su ilə dolub. Uzun müddət müdaxilə olunmaması nəticəsində yolda iri su gölməçələri yaranıb. Bu zaman maraql

17 dekabr
.

İranlı bloqer estetik əməliyyatların sayına görə rekord vurub

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və "dünyanın ə

17 dekabr
.

Almaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb

Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina

18 dekabr
.

Bu məşhurun avtoqrafı fantastik qiymətə satılır

Dünyanın müxtəlif hərraclarında məşhurların avtoqrafları fantastik məbləğlərə satılır. Lakin ən bahalı imza nə bir sənətçiyə, nə də yazıçıya məxsusdur. Söhbət Albert Eynşteyndən gedir. xarici mediaya istinadla xəbər verir ki, onun avtoqrafı bütün tanınmış şəxslər arasında ən dəyərli hesab olunur. Mütəxəssislə

17 dekabr
.

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir". xəbər verir ki, bu barədə -ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib. Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır

18 dekabr
.

İtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var

Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə

17 dekabr