Göz altındakı qara dairələr bu səbəbdən yaranır
Gözlər altındakı qara dairələr görünüşü korlamaqla yanaşı, ciddi sağlamlıq problemlərinə işarə edə bilər. Odur ki, gözlərin ətrafı həddən artıq qaradırsa, buna laqeyd qalmaq olmaz.
Sonxeber.az "publika.az"a istinadən xəbər verir ki, bu barədə osteopat Vladimir Jivotov teleqram kanalında məlumat verib.
"Göz ətrafındakı dəridə bənövşəyiliyin ən çox görülən səbəbi venoz qanın durğunluğudur. Gözlər altındakı damarlar qanı kəllə sümüyünə yönəldir.
Bu damarlar, məsələn, kəllə sümüyünün zədələnməsi səbəbindən bağlanarsa, orada qan yığılması səbəbindən gözlərin altında qara dairələr meydana gələcək.
Toxumaların bu vəziyyəti zamanla piqmentasiya ilə bağlı həlledilməz problemlər yaradacaq. Əgər qara dairələr uzun müddət keçməzsə, mümkün qədər tez Həkimə müraciət etmək lazımdır.
Niyə gözün altındakı nahiyə ilə üzün qalan hissəsi arasında belə aydın fərq meydana gəlir? Bu, onunla bağlıdır ki, bu nahiyələrdən qan müxtəlif yollarla axır.
Biri srbəst şəkildə üzün venalarından aşağıya doğru axır, digəri isə çox çətinliklə kəllə boşluğu vasitəsilə hərəkət edir. Bu simptom həm böyüklərdə, həm də uşaqlarda baş verə bilər", - Jivotov izah edib.
O, vurğulayıb ki, bu halların əksəriyyətində osteopatik müalicə tez və müsbət nəticə verir.
Həkim əlavə edib ki, gözlər altındakı dəri rənginin pozulması endokrinoloji problemləri və tibbin müxtəlif sahələrində mütəxəssislərin diqqətini tələb edə biləcək bir sıra digər ciddi xəstəliklərin də xəbərçisi ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqaret qadınlarda sonsuzluq riskini 40 faiz artırır
Siqaret çəkən qadınlarda sonsuzluq riski siqaret çəkməyənlərlə müqayisədə 40 faiz daha yüksəkdir. Siqaret kişilərdə spermanın keyfiyyətini də pisləşdirir və sonsuzluq müalicəsinin uğurlu nəticələnməsi ehtimalını azaldır. xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elm
11 sentyabrDəyişkən hava şəraitində xəstələnməmək üçün nələrə diqqət edək? - AÇIQLAMA
Son günlər havanın tez-tez dəyişməsi, temperaturun kəskin enib-qalxması və küləkli hava orqanizmin uyğunlaşma prosesini çətinləşdirə bilər. Belə dövrlərdə xüsusilə soyuqdəymə, virus infeksiyaları, allergik reaksiyalar və xroniki tənəffüs xəstəliklərinin əlamətləri daha çox müşahidə olunur. Bəs dəyişkə
8 sentyabrŞirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrHədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabrSaç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
3 sentyabrUzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20 sentyabr