"Forsaj 10"un debütü uğurlu oldu
"Forsaj 10" filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.
Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.
Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.
Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.
Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.
Qeyd edək ki, kinosaqanın həvəskarları "Forsaj 10" filmini "CinemaPlus" kinoteatrlar şəbəkəsində də izləyə bilərlər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəbnəmdən sonra Təranə də Vəfanın məktubunu CIRDI - VİDEO
Müğənni Təranə Qumral həmkarı Vəfa Şərifovanın yazdığı məktubu canlı efirdə cıraraq diqqət mərkəzinə düşüb. xəbər verir ki, sözügedən gərgin anlar "Günə Uğurla" verilişində yaşanıb. Təranə Qumral efirdə bildirib ki, məktubda yazılanlara telefonla Vəfaya şəxsən cavab verəcək. Hadisəyə məşhu
10 dekabrMustafa Sandal "Aliment ödəmir" iddialarına qəbz paylaşaraq cavab verdi!
Türkiyəli müğənni Mustafa Sandal ilə 2018-ci ildə qarşılıqlı anlaşma ilə boşanan Emina Jahoviç arasında illərdir davam edən təzminat mübahisəsi yenidən məhkəməyə daşınıb. türk mediasına istinadən xəbər verir ki, Jahoviç, boşanma protokolunda qeyd olunan aliment ödənişlərinin və avtomobil kirayəsi il
10 dekabrFaciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO
26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad
7 dekabr"Uşaq Avroviziyası"nda Azərbaycan özünə səs verə biləcək
2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Qaynarinfo xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməy
12 dekabr"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14 dekabr"Artıq hər şeyin gözəl olmasına çalışmıram"
Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını
13 dekabrHadisə cəsur paylaşımı ilə diqqət çəkib
Səhnə performansları, hit mahnıları və özünəməxsus üslubuyla tez-tez gündəmdə olan məşhur müğənni Hadisə yenə də sosial şəbəkələrdə böyük diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, sənətçi son paylaşımında oturaq formada poz verərək bel və kürək dekoltesini ön plana çıxarıb. Qısa zamand
12 dekabr