Muradın arzusu gerçəkləşdi!

Muradın arzusu gerçəkləşdi!Bəstəkar-müğənni Murad Arifin uzun zamandır hazırlaşdığı ilk solo konserti baş tutub.

OLAY yazır ki, ötən gecə Heydər Əliyev Sarayında keçirilən tədbirdə sənətçi hit mahnılarını və duetlərini səsləndirib.
Muradın arzusu gerçəkləşdi!İfaçı gecəyə başlamazdan öncə media nümayəndələrinin suallarını cavablandırıb. Həyacanlı olmadığını bildirən Murad konsertinin hesabat xarakteri daşıdığını bildirib:
"Ölkədə ən çox səhnə alan müğənnilərdən olduğum üçün həyəcanlı deyiləm, alışmışam. Ayırdığınız diqqət mənim üçün çox önəmlidir. Belə cəsarətli addımı atdığım üçün çox xoşbəxtəm. Nadir solo konsertlərdən olacaq ki, səslənəcək olan 22 mahnıdan 20-nin həm söz, həm də musiqi müəllifi özüməm. Səhnədə sürpriz duetimi səsləndirəcəyəm. Həyatımda yeni mərhələ olan, bu iki möhtəşəm anı eyni günə sığdıra bilmişəm. Qarşıdan gələn üç ay ərzində bütün ortamları çalxalayacaq musiqi olacağına ümid edirəm. Duetimizə klip çəkdirməyi də düşünürük. Bu gün qarşınızda müğənni kimi durmuşam, sabah məşhur ictimai xadimlə veriliş hazırlayıb, jurnalist-aparıcı kimi qarşınızda ola bilərəm".
Muradın arzusu gerçəkləşdi!Konsert üçün 5 kq çəki atan müğənni bunu konsert hazırlıqları sayəsində olduğunu söyləyib:

"İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları rəqqaslarla məşqlər görüşlər-müzakirələr stresslər nəticəsində nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam. Konsert üçün iki səhnə geyimi nəzərdə tutmuşam".

Konsertə "İnşallah" mahnısı ilə başlayan Murad ilk çıxışı zamanı kövrəlib.
Muradın arzusu gerçəkləşdi!"Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosionaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm", - deyə, müğənni bildirib.

Gecədə duet ortaqları da Muradı tək qoymayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə "Ürəyimsən", Əməkdar artist Lalə Məmmədova ilə "Bu şəhər ikimizə dar", müğənni Günel Zeynalova ilə "Tufan" mahnılarını oxuyub. 30-a yaxın rəqqasa Muradla birlikdə şoular göstərib.

Sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları "Kokteyl" mahnısını ilk dəfə təqdim edib. Konsert zamanı Xalq artisti Flora Kərimova da Muradı təbrik edib. O, gecəyə qızı Zümrüd və 1 yaşlı nəvəsi Lorenlə birlikdə qatılıb.

M.Arif konsert tarixi ilə bağlı maraqlı məqamı da açıqlayıb:
Muradın arzusu gerçəkləşdi!"Jurnalistlər sual verdi ki, niyə konserti 19 mayda edirsiniz? Anlamlı, dərin məna yükü olan bir cavab gözləyirlər məndən, amma çox fikirləşdim, dedim olduğu kimi deyim. Çox xahiş edirəm, gülməyin. Bu yaxınlarda özümə şəxsi astroloq tapmışam. Dedi ki, planetlər, ulduzlar elə şəkildə düzüləcək ki, Murad, hamı gələcək. Sən demə, həyatında şəxsi astroloq varsa, ən sadə addımların da nəzarət altındadır. Konsert hazırlıqları, reklamlar getməlidir. Zəng edib qırıla-qırıla deyirsən ki, olar həftənin 4-cü günü, axşam 9-un yarısı anonsu paylaşasınız.

Ciddi-ciddi adamlar soruşur ki, Murad, bu, nə PR strategiyasıdır? Mən necə izah edim ki, axı Merkuri... Çox qəribə məqamdır. Çox istərdim ki, həyatda nəyə inanırsınızsa, niyyətiniz gözəl olsun. Bu gün niyyətimiz gözəl idi".

Həyat yoldaşına həsr etdiyi bəstəni ifa edən sənətçi "Evə pis əhvalla, əsəblə gəlirsən. Buna tab gətirmək lazımdır. Mənim həyat hekayəmin görünməz qəhrəmanı var - 16 ildir ki, həyatımın xanımı..." sözlərini əlavə edib.

Konsert "Qələbə" mahnısı və tamaşaçıların ayaqda alqışları ilə başa çatıb.
Muradın arzusu gerçəkləşdi!Muradın arzusu gerçəkləşdi!


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1614   Tarix: 23 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Bayhan dinini dəyişib?

Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı

17 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr
.

Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi

Müğənni Təranə Qumral həmkarı Əli Mirəliyevə ömürlük cəza verilməsini istədiyini bildirib. O, Əli Mirəliyevin bütün həmkarlarını tənqid etdiyini deyib:. "Əli müəllim dostumdur, bilirəm ki, heç nə deməyəcək. Özündən başqa heç kəsi bəyənmir. Ona görə də ona ömürlük cəza verilməsini istəyirəm"

21 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml

26 oktyabr