Gədəbəydəki kütləvi dava qıza görə olub – YENİLƏNİB + TƏFƏRRÜAT
Gədəbəydə Azərbaycan ordusunun hərbi qulluqçusunun da iştirakçısı olduğu kütləvi davanın təfərrüatı bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, davaya səbəb qadınla bağlı mübahisə olub.
Əvvəldə hərbi qulluqçu Elpərəs İbrahimovla Teymur Tapdıqov arasındakı münaqişə davaya çevrilib və E.İbrahimov T.Tapdıqovu bıçaqla vurub. Daha sonra Samir Tapdıqov davaya qarışıb və nəticədə Elpərəs İbrahimovla bir-birilərinə xəsarət yetiriblər.
Hazırda araşdırma aparılır.
***
Gədəbəydə kütləvi dava zamanı bir nəfər ölüb, daha iki nəfər bıçaq xəsarəti alıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində iki nəfərin bıçaq xəsarəti alması, bir nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Külək, yağış, 37° isti... - Sabahın havası
Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
13 nömrəli sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədi - AÇIQLAMA
Samuxdakı qəzada həlak olanların - Fotoları
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - FOTO
"Qarabağ" mövsümə darmadağınla başladı - Yenilənib
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Bakıda kişi keçmiş arvadını küçədə güllələdi -Yenilənib
Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi
Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Yaşlı kişinin təklifi gənc qadını şoka saldı - VİDEO
Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider