Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox insan yaralanıb
Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.
Bu barədə "Hindustan Times" Cənub-Şərqi Dəmiryolunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Aditya Kumar Çoudxariyə istinadən yazır.
"Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb", - o deyib.
Nəşrin məlumatına görə, hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın səhhətinin vəziyyəti ağır qiymətləndirilir.
Hindistan Dəmir Yolları Nazirliyi bildirib ki, artıq hadisə yerində bərpa işləri aparılır.
Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam baş verib. İlkin məlumata görə, üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1251 Tarix: 04 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO
Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə
5 iyulElə bir paylaşım etdi ki, 89 polis gecə boyu onu axtardı - VİDEO
Türkiyənin Şırnak şəhərində sosial şəbəkədə vida xarakterli video paylaşdıqdan sonra itkin düşən 14 yaşlı B.B.B. polis əməkdaşlarının gecə boyu apardığı axtarış nəticəsində sağ-salamat tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə itkin düşməzdən əvvəl "Snapchat" hesabında "Bildiyini
9 iyulDərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
8 iyulPitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyul13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub
10 iyulKuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs
8 iyul