Biləsuvarda 3 gün əvvəl bıçaqlanan 54 yaşlı kişi xəstəxanada ölüb
Biləsuvarda 3 gün əvvəl bıçaqlanan 54 yaşlı kişi xəstəxanada ölüb.
"Report"un əldə etdiyi məlumata görə, iyunun 8-də saat 16:35 radələrində qarının ön divarının, ətrafların çoxsaylı və döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilən Biləsuvar rayonu Nəsimi kənd sakini Almasov Azad Xeyrulla oğlu həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, sözügedən tarixdə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinə daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E. Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görüb oradan qaçıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Almasov Azad Xeyrulla oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1373 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kuryer şirkətinin avtomobilini yandırmağa cəhd edən şəxs saxlanılıb - VİDEO
Türkiyənin Aksaray şəhərində evinin qarşısında avtomobil park edilməsinə etiraz edən 35 yaşlı şəxs kuryer şirkətinə məxsus yük avtomobilinin təkərlərini kəsərək onu yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, Selçuk bulvarında yaşayan Şaban A. daha əvvəl yük avtomobilinin sürücüs
8 iyulŞirniyyat dükanına silahlı hücum edən yeniyetmələr həbs olunub - VİDEO
Türkiyənin Adana şəhərində ötən il iki dəfə silahlı hücuma məruz qalan şirniyyat dükanı bir neçə gün əvvəl yenidən atəşə tutulub. Polis araşdırması nəticəsində hücumu həyata keçirənlərin 15 və 16 yaşlı yeniyetmələr olduğu müəyyən edilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Seyhan rayonund
7 iyulMəhkəmə binası qarşısında silahlı insident: 2 nəfər yaralanıb - VİDEO
Türkiyənin Adana vilayətinin Kozan rayonunda məhkəmə binasının qarşısında iki qrup arasında baş verən silahlı insident nəticəsində 2 nəfər ayağından yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində silahlı qarşıdurmaya çevrilib. Tərəfləri
8 iyulBakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik
4 iyulDərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
8 iyul11 yaşlı uşağa timsah hücum etdi, atasının müdaxiləsi həyatını qurtardı
ABŞ-ın Florida ştatında atası ilə balıq ovuna çıxan 11 yaşlı Brodi Terri timsahın hücumuna məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Umatilla şəhərində baş verib. Məlumata görə, Brodi tutduğu balığı yenidən suya buraxmaq istəyərkən təxminən 2,6 metr uzunluğunda timsah qəfil suyun altında
9 iyulZərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyul