Toydan sonra hoteldə dünyasını dəyişən Bakı sakini yüksəkvəzifəli məmur imiş - YENİLƏNİB
Oğuzda hoteldə dünyasını dəyişən şəxs yüksəkvəzifəli məmur imiş.
Bu barədə "Qafqazinfo" yazıb. Qeyd olunub ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında çalışıb. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və dünənədək həmin vəzifəni icra edirmiş.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.
10:04
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən "Səma" hotelində qeydə alınıb.
Belə ki, Bakı şəhəri Yasamal rayon sakini, 1966-cı il təvəllüdlü Sübhan Ağakişi oğlu Quliyev bu gün səhər hoteldə ürək çatışmazlığından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında ona təcili tibbi yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər isə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4097 Tarix: 27 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Borca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO
Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib. xarici mediaya istinadl
21 avqustŞəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən
22 avqust"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlini Aydan (ad-soyad şərti verilib - red.) ilə birlikdə nişan geyimi seçmək üçün həmin salona gəlib. Bu zaman orada satıc
30 avqustXƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ
Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı
29 avqustNövbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu
22 avqustOğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqust