Bakıda fəhlələrin ölümlə "zarafat"ı: Görüntü də var, ünvan da, amma cəza yoxdur - FOTO/VİDEO

Bakıda fəhlələrin ölümlə "zarafat"ı: Görüntü də var, ünvan da, amma cəza yoxdur - FOTO/VİDEOBir neçə gün əvvəl sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda fəhlənin təhlükəli hərəkətlər edərək həyatını riskə atması ilə bağlı görüntülər yayımlanıb.

Belə ki, fəhlə təhlükəsizlik kəməri olmadan tikinti gedən çoxmərtəbəli binada çalışır.

Tikinti - təhlükə riski yüksək olan sahədir. İşəgötürənlər hündürlükdə çalışan işçilərin təhlükəsizliyi üçün hansı addımları atmalıdırlar? Onları nələrlə təmin etməli, hansı qaydalara riayət etməlidirlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci (əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi və s. tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

"Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları"na əsasən, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra işçilər hündürlükdə işlərə buraxılırlar. Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs ilk dəfə hündürlükdə işləməyə buraxılanlara, əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə, hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir".

"İşəgötürən təhlükəsizliyi təmin etmək üçün iş yerlərinin hasarlanmasını, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılmasını, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə olunmasını nəzərdə tutan texniki-texnoloji tədbirləri təmin etməlidir. Hündürlükdə işlərin təhlükəsizliyini təmin etmək üçün tutub saxlayıcı sistemlərdə ip (qayış) kimi həm tutan, həm də sığortalayıcı kəmərdən istifadə olunur.

Sığorta sistemlərində sığortalayıcı kəmər kimi ipdən istifadə edilir. Hündürlükdə işləyən zaman istifadə olunan avadanlıq, mexanizmlər, əl alətləri, mexanikləşdirilmiş və digər alətlər, inventar, qurğular və materialların yerə düşməsi istisna olunmaqla (çantalarda, yarımçantalarda yerləşdirilməsi, bağlanması, hündürlüklər fərqi olan hüdudlardan kifayət qədər uzaqda yerləşdirilməsi və ya işçinin sığortalayıcı kəmərə bağlanması), təhlükəsizlik tədbirləri təmin edilməklə tətbiq olunmalıdır.
Eyni zamanda, Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək, verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aiddir", - deyə vurğulanıb.

Qeyd edək ki, qurum görüntülərin dəqiq çəkildiyi ünvan və rəsmi müraciət olmadığı üçün araşdırma aparmır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 198-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddəsinə əsasən, işəgötürən tərəfindən - əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Onu da qeyd edək ki, bir müddət əvvəl də fəhlələrin təhlükəli vəziyyətdə çalışdığına dair görüntülər yayılmışdı.

Oxu.Az olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayan zaman sözügedən videogörüntülərin Bakının Xətai rayonunun Gəncə prospektində yerləşən Mənzil-Tikinti Korporativində (MTK) çəkildiyini qeyd etmişdik. Lakin onlardan gələn cavabda ünvanın dəqiq olmadığı qeyd olunmuşdu. Nəticədə insan həyatının təhlükəsizliyi üçün heç bir tədbir görülmədiyi aşkardır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3277   Tarix: 07 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021