Birrəqəmli inflyasiyaya nə zaman nail olacağıq? - ARAŞDIRMA

Birrəqəmli inflyasiyaya nə zaman nail olacağıq? - ARAŞDIRMAAzərbaycan hökuməti bu il ölkədə gözlənilən inflyasiya səviyyəsini 13,5 faiz həddində proqnozlaşdırır. Əvvəlki illərlə müqayisədə bu sahədə optimist rəylər səsləndirilsə də, mövcud şəraitdə həm aidiyyəti qurumlar, həm də ekspertlər ehtiyatlı davranırlar.

"Kaspi" qəzeti mövzu ilə məqalə dərc edib.

İqtisadçı Rəşad Həsənov bildirib ki, inflyasiyanın aşağı düşməməsinin səbəbləri çoxdur:

"Prezident tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycanda anti-inflyasiya tədbirləri ilə əlaqədar fərman imzalanıb. Lakin bu fərmanın icrası ilə bağlı gecikmələr baş verdi. 2022-ci il ərzində sadəcə manatın məzənnəsini sabit saxlamaqdan başqa çox ciddi addımlar atılmadı. Hansı ki, həm təşviq mexanizmləri, həm vergi, gömrük rüsumu alətləri, həm yerli istehsalın dəstəklənməsi, həm daxili bazarda təklif bolluğunun yaradılması inflyasiyaya müəyyən mənada təsir göstərən amillərdir. Yalnız 2023-cü ilin əvvəlində vergi və gömrük rüsumları ilə bağlı müəyyən dəyişikliklər oldu".

R.Həsənovun sözlərinə görə, inflyasiya dünya ölkələrində də var, lakin onlar vəziyyətdən çıxış yolunu tapa bilirlər:

"İnflyasiya qlobal bazarlarda da müşahidə olunur. Azərbaycan bir sıra sahələrdə idxaldan asılıdır. Bu problem bazarda qiymətlərdə də əks olunur. Bir sıra ölkələr, xüsusən də bazara təsiretmə gücü olan mərkəzi banklar inflyasiya yüksək olanda uçot dərəcəsini artırmaqla tələbin həcmini aşağı salırlar. Yəni, bazara daxil olan pul kütləsini azaldırlar, bazar da tələbi azaldır və bununla da qiymət artımları istiqamətində müəyyən optimallaşmaya nail olunur. Amma bizdə inflyasiyanın strukturunda tələbdən qaynaqlanan təsir səviyyəsi çox aşağıdır. Buna görə də atılan addımlar real təsir göstərə bilmir. Bank sektorunda inflyasiya dövründə kredit portfelinin genişlənməsi və ölkədə pul kütləsinin artımı baş verir".

İqtisadçı vurğulayıb ki, inflyasiya nisbətən zəifləyib:
"Hətta, may ayında deflyasiya da baş verib. Proses gedir, amma ciddi nəticənin əldə edilməsini gözləmirəm. Qiymətin optimal səviyyəsinin müəyyənləşməsi daha çox rəqabətli bazarda formalaşır. Bizim bazarın strukturu, statistikası bu ehtimalı zəiflədir. Həmçinin, uçot dərəcəsinin bazara təsiri də çox azdır. Eyni zamanda, hökumət də tədbirlər planında gecikir. Xüsusilə, yerli istehsalın dəstəklənməsi, rəqabətli istehsal mühitinin yaradılması, idxaldan asılılığın azaldılması lazımdır. Bu məsələlərə görə inflyasiyanın azalmasını nisbətən zəif templə müşahidə edirik. Birrəqəmli inflyasiya faizini isə ən yaxşı halda 2024-cü ildə görə bilərik".

Millət vəkili Vüqar Bayramovun fikrincə, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq:

"Aparılan təhlillər və monitorinqlər göstərir ki, istehlak bazarında idxal inflyasiyası xüsusi təsirə malikdir. Yəni idxal edilən məhsulların qiymətindəki artım istehlak bazarına da təsir göstərir. İstehlak bazarında 2023-cü ildə də qiymət artımları davam edir. 2022-ci illə müqayisədə qiymət artımının 2023-cü ilin ikinci yarısında müəyyən qədər səngiyəcəyi gözlənilir. Hökumət, Mərkəzi Bank tərəfindən birrəqəmli inflyasiya arzulansa da, ilkin gözlənti ikirəqəmli inflyasiyanın olacağı istiqamətindədir. Çünki bazarda idxal inflyasiyası aktivdir".

V.Bayramov düşünür ki, dünya bazarlarında baş verən ucuzlaşma bizə də öz təsirini göstərə bilər:

"Qlobal bazarda qiymətlərin müəyyən qədər azalmasını müşahidə edirik. Hətta Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarında qiymətlərin əvvəlki illərlə müqayisədə daha az artması da gözlə görünəcək səviyyədədir. Ötən il qlobal bazarda aktiv olan inflyasiya faktorları bu gün o qədər də aktiv deyil. Ona görə də bizim məhsul idxal etdiyimiz ölkələrdən bəzilərində qiymətlərin azalması müşahidə olunur. Lakin əsas məhsul idxal etdiyimiz ölkələr olan Rusiya və Türkiyədə yenə də inflyasiya səviyyəsi yüksəkdir. Dünya və regional bazarlarda qiymətlərin optimallaşması idxal inflyasiyasının tənzimlənməsinə gətirib çıxara bilər. 2023-cü ilin ikinci yarısında inflyasiya səviyyəsi birinci yarım illə müqayisədə müəyyən qədər azalacaq. Bu da daha çox idxal olunan məhsulların qiymətlərinin optimallaşması ilə bağlıdır".

Sonda millət vəkili bildirib ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1038   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista

7 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr