Tarif Şurasının qərarından sonra işıq pulu necə hesablanacaq? - AÇIQLANDI

Tarif Şurasının qərarından sonra işıq pulu necə hesablanacaq? - AÇIQLANDIAzərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı ilə əlaqədar tarif tənzimlənməsi aparılıb.

Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayevin sözlərinə görə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat saatadək olan istehlakçılar üçün köhnə tarif- 7 qəpik saxlanılacaq. Aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün isə yeni tarif- 11 qəpik müəyyənləşdirilib. "Azərişıq" ASC-nin məlumatına görə, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat saatdan azdır. Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.(cebhe info)
Tarif Şurasının qərarından sonra işıq pulu necə hesablanacaq? - AÇIQLANDI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3370   Tarix: 30 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir" - İran səfiri

ranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb. Səfir bildirib ki, sayca 3-cü yardım karvan

4 aprel
.

Həmin 6 uşaq yenidən xəstəxanalıq oldu

Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya uşaqların atası Kamil Cəbrayılov məlumat verib. 9 uşaq atası olan 39 yaşlı Kamil bildirib ki, bu xəbəri eşidib işdən evə gələndə öz

3 aprel
.

Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU - FOTO

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub. -a istinadən xəbər verir ki, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir. 13:38. Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən ik

4 aprel
.

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə sənəd qəbulu aprel ayının 15-nə qədər davam edəcək. Bu barədə -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. "Kvotanın 93 faizi dolub, cəmi 7 faiz yer qalıb", - deyə V.Cahangir

4 aprel
.

27 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 199-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğund

4 aprel
.

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə

4 aprel
.

Bakıda yeni "moll" tikilir

Azərbaycanda yeni "moll" tikintisinə start verilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedə

4 aprel
.

BU ŞƏXSLƏRƏ ŞAD XƏBƏR: Pensiya yaşı 5 il azaldıla bilər - DETALLAR

Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onları

5 aprel
.

Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?

Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb. Bu barədə -a hadisə şahidləri məlumat verib. Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb. Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkəna

4 aprel