"Fərqanə Əliyeva bizim sayəmizdə özünü reklam etmək istəyir" - Pərviz Əzimzadə

"Fərqanə Əliyeva bizim sayəmizdə özünü reklam etmək istəyir" - Pərviz ƏzimzadəGolden Hand mükafatlandırma və Miss Golden Palm gözəllik müsabiqəsinin direktoru, beynəlxalq təşkilatşı Pərviz Əzimzadə model Fərqanə Əliyevanın yerlərin satılması iddialarına cavab verib.

Pərviz Əzimzadə Sonxeber.az-a açıqlamasında bildirib ki, Fərqanə Əliyevanın iddiaları yalandır.

O qeyd edib ki, final gecəsi münsiflər yekdilliklə Zülfiyyə İbrahimovaya səs veriblər.

"Fərqanə xanımın maraqlı siması var. O, burdan Türkiyəyə keçid almaq istəyirdi. Deyilənə görə Türkiyədə mahnıları çıxmalı idi. O ,final günü ütü davası edirdi. Deyirdi ki, paltarı mən niyə ütüləməliyəm? Fərqanə təqdim olunan kolleksiyadan imtina etdiyinı görə başqa paltar gətirib və onu düzətldirmək istəyib. O həm də deyib ki,yemək verilməyib. Əslində yemək verilmişdi, sadəcə Fərqanə xanım gec gəldi. Bizim bir saç ustamız və stilistimiz var idi. Onlar sıralama ilə işləyirdilər .Hamı öz vaxtında gəlib, Fərqanə xanım gec gəlib. Bu xanımın ən böyük dərdi isə budur ki, guya ki yerlər satılıb.Yarışma iyunun 30-u bitib. Niyə yarışma bitəndə öz etirazını bildirmədi, 20 gün gün sonra etiraz edir? Mən 2014-cü ildən Azərbaycanda beynəlxalq layihələr təşkil edirəm. Kimsə deyə bilməz ki, mən yer satmışam ya kimsə mənə pay verib.Fərqanə Əliyeva bizim sayəmizdə özünü reklam etmək istəyir. O, martda məşqlərə qatılıb və iyuna kimi cəmi 5 dəfə iştirak edib. Əslində yanvardan məşqlərə gəlməli idi. Rusiyadan qatıldığına görə göz yumduq ki, martda qatılsın. Apreldə bizim açılış mərasimi oldu. O gah xəstə oldu, gah Türkiyəyə getdi. Müəyyən şeylərə göm yumduq, amma o disiplinli olmalı idi. Sona qalan bir neçə xanımın qarşısında yeni qatIıanın qalib gəlməyi düzgün olmazdı. Daimi olaraq məşqlərə qatılsaydı, nəyisə həll etmək olardı. Burada bir şəxsi qərəz yoxdur, sadəcə səslər belə bölündü. Azərbaycanda çox vaxt satılan yarışmalardan danışırlar, biz isə münsiiflərin öhdəsinə buraxırıq" ,- deyə Pərviz Əzimzadə vurğulayıb.

O həmçinin Fərqanə Əliyevanın yer tutan iştirakçıların 1.50 boyunda olması iddialarına da cavab verib:

"Layiq olan 5 nəfər yer tutdu. Fərqanə əliyeva qeyd edir ki, guya qaliblər 1.50 boyunda olub. Halbuki qalib 1.80sm, 2-ci yerin sahibi 1.76sm , 3-cü yer 1.78sm, 4-cü yer 1.76 sm, 5- ci yer 1.62 sm- dir ki, bu da layihədə istirak etməyə kifayətdir".

Qarşı tərəfin mövqeyini saytımızda dərc etməyə hazırıq.
"Fərqanə Əliyeva bizim sayəmizdə özünü reklam etmək istəyir" - Pərviz Əzimzadə


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4234   Tarix: 24 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

26 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr