Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTOHər yay çimərlik mövsümü açılanda insanlar boğulma təhlükəsi ilə üz-üzə qalırlar. Dəniz çimərliklərində boğulanların sayı isə hər il artmaqda davam edir.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, müxtəlif illərdə boğulanlar arasında tanınmış şəxslərin yaxınları da yer alır.

Bunlar sırasında mərhum klarnet ustası Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev var. O, 1996-cı ildə dənizdə boğularaq vəfat edib.

Yaxınlarını dənizdə itirən məşhurlar - FOTOÖtən ilin iyulunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızları, 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar Xəzər dənizində boğularaq ölüblər.
Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO2015-ci ildə müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı, 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyində boğulub.
Yaxınlarını dənizdə itirən məşhurlar - FOTODövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Azərinin qardaşı da dənizdə faciəvi şəkildə vəfat edənlər arasındadır. 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.

O vaxtlar televiziya kanalında aparıcı işləyən H.Azəri həmin günü belə xatırlayırdı:

"Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim".
Yaxınlarını dənizdə itirən məşhurlar - FOTOMərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.
Yaxınlarını dənizdə itirən məşhurlar - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3261   Tarix: 10 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

26 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr