Qeyri-neft sektoru əsas gəlir mənbəyinə çevrilir

Qeyri-neft sektoru əsas gəlir mənbəyinə çevrilirİxracın idxalı üstələməsində tək neft-qaz sektoru deyil, həm də qeyri-neft sektoru əhəmiyyətli baza formalaşdırır. Qeyri-neft ixracının həcminin artması manata xarici təzyiqlərin neytrallaşdırılmasında da mühüm rol oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil etmişdi.

Bəs bu artıma imkan yaradan səbəblər hansılardır? Ümumiyyətlə, qeyri-neft məhsullarının ixracının artması hansı perspektivlər vəd edir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İxrac imkanları və coğrafiyası genişlənir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, son illər qeyri-neft ixracını təşviq edən siyasətin yürüdülməsi sayəsində ixrac məhsullarının həcmi və dəyəri artıb:

"İqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoruna aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə ölkəmizin ixrac balansına müsbət təsir edib, mal və məhsulların müxtəlifliyi, xarici ticarətin strukturu və coğrafiyasının genişlənməsinə səbəb olub.

Son illərdə ixracla məşğul olan sahibkarlara dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, ixrac təşviqləri, ticarətin asanlaşdırılması və əlverişli ixrac imkanlarının yaradılması, eləcə də xarici ölkələrdə Azərbaycan məhsullarının tanıdılması və ticarət evlərinin fəaliyyətinin artırılması bu məsələdə mühüm rol oynayıb. Nəticədə, 2022-ci ildə Azərbaycanın ümumi ixracında qeyri-neft sektorunun payı 10 faiz təşkil etməklə 3 milyard dollara bərabər olub. İxracda tək kənd təsərrüfatı məhsullarının payı 20 faizdən çox yüksəlib. Ötən il aqrar məhsulların ixrac dəyəri 1 milyard dollardan çox olub. Eləcə də, sənaye məhsullarının ixracında əhəmiyyətli artım baş verib. Xüsusilə də kimya sənayesi məhsullarının, qara metal və ondan hazırlanan məmulatların ixracı hər il yüksək həcmlə artmaqda davam edir".

Azərbaycana daxil olan xarici valyutanın həcmi artır

A.Hüseynovun sözlərinə görə, qeyri-neft sektorunun inkişaf etməsi iqtisadi dayanıqlılığımızı və manatın sabitliyini artıran mühüm amillərdir:

"İxrac həcminin böyüməsi iqtisadiyyatımıza çox mühüm faydalar verir. İlk növbədə ixracla məşğul olan sahibkarların kapital yığımlarını artırır. Bu da qeyri-neft ixracatçılarının mövqeyinin möhkəmlənməsi deməkdir. İkincisi, qeyri-neft ixracının artması Azərbaycana daxil olan xarici valyutanın həcminin də artmasına səbəb olur.

Nəticədə ölkəmizin strateji valyuta ehtiyatlarının həcmində qeyri-neft ixracının payı yüksəlir. Ən mühüm amillərdən biri, ölkəmizin tədiyyə balansının güclənməsidir. İxracın idxalı üstələməsində tək neft-qaz sektoru deyil, həm də qeyri-neft sektoru əhəmiyyətli baza formalaşdırır. Qeyri-neft ixracının həcminin artması manata xarici təzyiqlərin neytrallaşdırılmasında monetar faktorlardan biri kimi mühüm əhəmiyyət daşıyır. Xarici valyutanın ölkəyə daxil olmasını stimullaşdırır. Bu sahədə artım iqtisadi inkişafın və makroiqtisadi sabitliyin dayanıqlılığının təmin olunmasında əsas faktorlardan biridir".

Neft Fondundakı gəlirlər qeyri-neft sektoruna yönəldilməlidir

İqtisadçı Mahir Zeynalovun fikrincə, dünya ölkələrində artıq digər yanacaq növlərinə keçid baş verir deyə, neftdən asılılığı azaltmalıyıq:

"İndi dövlət büdcəsinə gələn gəlirin rəsmən 53 faizi neftlə bağlıdır. Vergiləri də nəzərə alsaq, bu, 60 faizə qədərdir. Amma 7-8 il əvvəl bu rəqəm 70-75 faiz idi. İndi asılılıq bir az azalıb. Amma bunu 25 faizə endirmək lazımdır. Neft Fondunda olan ehtiyatlarımızı qeyri-neft sektoruna yönəltməliyik. Növbəti 10 illiklər üçün qeyri-neft sektorunu mütləq inkişaf etdirməliyik. Artıq neft azalır. Biz bunu on ildən sonra daha çox hiss edəcəyik".

Qarabağın azad edilməsi geniş imkanlar açır

Ekspert qeyd etdi ki, Qarabağın işğaldan azad olunması qeyri-neft sektorumuzun inkişafına daha da töhfə verəcək:

"Azərbaycanın qeyri-neft sektorunda böyük potensialı var. İndikindən də yüksək nəticələrə nail olmaq mümkündür. Xüsusən, Qarabağ işğaldan azad olunandan sonra bizim daha geniş imkanlarımız yaranıb. Məhsuldarlığı artırmaq şansımız var. Bununla da biz qeyri-neft sektorunda yeni imkanlar əldə etmişik. Orada həm müasir kənd təsərrüfatı, həm də müasir emal sənayesi qura bilərik. Qarabağda müasir emal sənayesi qura bilsək, növbəti illərdə qeyri-neft sektorunda 5-15 faiz inkişaf meylləri görəcəyik. Hökumət bunun üçün bir sıra təşviq mexanizmləri də həyata keçirir, stimullaşdırıcı addımlar atır. Qarabağda istehsalla məşğul olacaq sahibkarlar 10 il əksər vergilərdən azad olunub. Onlara güzəştli kreditlər ayrılır".

"Bu faizlərlə biznes qurmaq olmaz"

M.Zeynalov bu sahədə mövcud olan müəyyən problemlərdən də söhbət açıb:

"İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sahibkarlar üçün 150 milyon manat kredit ayırır. Özəl sektor üçün bu kreditin həcmi aşağıdır. Bu, 500 milyon manat həcmində olmalıdır. Azərbaycan sahibkarlarının əsas problemi əlverişli şərtlərlə maliyyə qaynaqlarına əlçatanlığın olmamasıdır. Sahibkarlar daha ucuz kreditlər istəyirlər. Bildirirlər ki, bank kreditlərinin faizləri yüksəkdir, onunla biznes qurmaq olmaz. Həqiqətən də 18-22 faizlə biznes qurmaq mümkün deyil. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ayrılan güzəştli kreditlərin həm həcmini artırmalı, həm də girov şərtlərini yumşaltmalıdır ki, sahibkarlar öz bizneslərini genişləndirə bilsinlər. Azərbaycanın qeyri-neft sektorunun gələcək inkişafı ölkədə özəl biznesə yaradılacaq şəraitdən asılıdır. Biznes mühiti nə qədər əlverişli olsa, qeyri-neft sektorunda bir o qədər iqtisadi artıma nail ola biləcəyik. Bu halda qeyri-neft sektorunun rəqabətli inkişafını müşahidə edəcəyik".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1284   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr